Şənbə , Sentyabr 19 2020
Ana səhifə / Siyasət / Sabiq deputat Əlövsət Ağalarov Eldar Həsənovun həbsinə etiraz etdi

Sabiq deputat Əlövsət Ağalarov Eldar Həsənovun həbsinə etiraz etdi

“Azsiyasət.com” saytına daxil olan məlumata görə, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri, keçmiş Baş prokuror Eldar Həsənovun həbsindən sonra onun Serbiyada yaşayan oğlu və yaxınları da saxlanılıb. “Azsiyasət.com” məlumatı dəqiqləşdirmək üçün E.Həsənovun Azərbaycanda yaşayan qohumu, sabiq deputat Əlövsət Ağalarovla əlaqə saxlayıb. Ə.Ağalarov öncə E.Həsənovun həbsinə münasibət bildirib: “Onun həbsinə münasibətim mənfidir. İndi istiqantaq gedir, görək nə olacaq”. Ə.Ağalarov E.Həsənovun oğlunun həbs olunduğu ilə bağlı məluamata da münasibət bildirib: “Elə bir şey yoxdur, oğlu həbs edilməyib”. Qeyd edək ki, Ə.Ağalarov E.Həsənovun yaxın qohumudur.

E.Həsənov Azərbaycandakı əksər işlərini qardaşı Şahin Həsənov və Əlövsət Ağalarov vasitəsilə həyata keçirib. Onun Azərbaycandakı jurnalistlərlə, ictimai-siyasi fəaliyyətlə məşğul olan şəxslərlə və dövlət adamları ilə əlaqələrində bu şəxslər vasitəçi olublar. Eyni zamanda, E.Həsənovun buradakı biznesinə də nəzarət ediblər. Ş.Həsənov “AzVirt” Almaniya Azərbaycan şirkətində Beynəlxalq layihələr üzrə məsləhətçi və Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqqları İnstitutunun Azərbaycan üzrə koordinatorudur.

TACİS VƏ TRASECA proqramlarının Azərbaycanda ilk koordinatoru olub. Hal-hazırda Azərbaycan Texniki Universitetində “Avtomobil daşımaları və yol hərəkətinin təhlükəsizliyi” kafedrasında professor vəzifəsində işləyir.

Həmçinin oxuyun

TÜRKMƏNİSTAN RUSDİLLİLİK HALQASINDAN ÇIXIR – Prezident Berdıməhəmmədovu əsəbiləşdirən nə olub?

Viktoriya Panfilova “Nezavisimaya qazeta”, 17.09.2020 Türkmənistan Xarici İşlər Nazirliyi ölkədə rus dilində təhsilin məhdudlaşdırması ilə …