Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Sabahdan Bakıda iş saatı dəyişəcək – Yeni rejim qaydası

Sabahdan Bakıda iş saatı dəyişəcək – Yeni rejim qaydası

May ayının 1-dən Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakıda iş vaxtı rejimi dəyişdirilə bilər. Bu barədə Nazirlər Kabineti sərəncam verib.

Nazirlər Kabinetindən verilən məlumata görə, sərəncamda qeyd edilir ki, 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlannın keçirilməsi ilə əlaqədar nəqliyyat vasitəlarinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamasaçıların ictimai nəqliyyat sssleminin (metro vo avtobus) mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq məqsədi ilə 2015-ci il mayın 1-dən iyulun 1-dək Bakı şəhərində fəaliyyət göstərən dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin (növbəli iş vaxlı rejimi asasında və təhsil müəssisələrində işləyonlar istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi aşağıda göstərildiyi kimi pilləli şəkildə təşkil edilməlidir:

– isçilərin 25 faizi üçün saat 8:00-dan saat 17:00-dək;

– işçilərin 25 faizi üçün saat 8:30-dan saat 17:30-dək;

– işçilərin 25 faizi üçün saai 9:00-dan saat 18:00-dək;

– işçilərin 25 faizi üçün saat 9:30-dan saat l8:30-dək;

Bakı şəhərində fəaliyyət göstərən qeyri-dövlət müəssisə və təşkilatlanda çalışan işçilərin isə (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejiminin göstərildiyi kimi pilləli şəkildə təşkili tövsiyə edilir:

– işçilərin 50 faizi üçün saat 8:00-dan saat 17:00-dak;

– işçilərin 50 faizi üçün saat 8:30-dan saat 17:30-dək.

Sərəncama əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinelinin 2014-cü il 24 oktyabr tarixli 342s nömrəli sərəncamının 2-ci hissəsində “iyunun 10-dan 30-dək” sözləri “mayın 1 -dən iyulun 1-dək” sözləri ilə əvəz edilir.

Gənclər və İdman Nazirliyi, Nəqliyyai Nazirliyi. Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, bu sərəncamda nəzərdə tutulmuş tədbirlərlə bağlı əhalini məlumatlandırmaq tapşırılıb(Ans).

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın