Bazar , Fevral 25 2024
Ana səhifə / Siyasət / “Sabah Norveçdəki kimi demokratik seçkiyə getsək, İlham Əliyev yenə udacaq”

“Sabah Norveçdəki kimi demokratik seçkiyə getsək, İlham Əliyev yenə udacaq”

“Sabah Norveçdəki kimi demokratik seçkiyə getsək, İlham Əliyev yenə udacaq”.
Bunu REAL Partiyasının icra katibi Natiq Cəfərli “Musavat TV”nin efirində Yeni Azərbaycan Partiyasının deputatı Vüqar İskəndərovla debatı zamanı deyib.
O bildirib ki, belə bir şəraitdə ölkədə baş verən həbsləri mənasız hesab edir:
“Azərbaycanda seçkiqabağı, qələbədən sonra yaxşı olmayan bir ab-hava yaranır. Həbslər var, saxlanılanlar var. Siyasətə birbaşa təsir etməyən insanların həbsi yaxşı görüntü deyil. Mən iddia etmirəm ki, onların günahı yoxdur. Həbs qətimkan tədbiri çox ağırdır. Tutalım ki, bir şübhə var, qoy bunu ev həbsinə, gedin araşdırın, faktlarla, sübutlarla çıxın məhkəməyə, biz də deyək lap yaxşı…”

Həmçinin oxuyun

Siyasi Şuranın iclası keçirildi AMİP seçkilərə start verdi

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının AMİP Bakı şəhəri rayon təşkilatları sədrlərinin iştirakı ilə …