Çərşənbə axşamı , Sentyabr 28 2021
Ana səhifə / Siyasət / “Saatlarca çayxanada çay içib qeybət edən, qumarla, eyş-işrətlə vaxtının çoxunu keçirən…”

“Saatlarca çayxanada çay içib qeybət edən, qumarla, eyş-işrətlə vaxtının çoxunu keçirən…”

“Məndən soruşdular ki, Çində israfçılığa qarşı qanun hazırlayırlar. Bizdə necə, buna gərək varmı? Cavabım “Bizdə qətiyyən bu addıma zərurət yoxdur” oldu. Anlatdım ki, bu məsələ qanunla tənzimlənə bilməz. Bunu Uca Yaradan Quranda təsbit etmişsə, əlavə yenilik icad etməyə nə gərək var? Quran deyir ki, Allah israf edənləri sevməz. Bu qədər qəti və konkret. O halda bu hökmü ayrıca maddələr halında göz önünə gətirməkdənsə, insanlara israfın əlamətlərini, növlərini sıralamaqla xatırlatmaq daha doğru olmazmı? Xüsusilə bizim toplumda israf deyəndə adamların ağlına ilk öncə yemək-içmək prosesi gəlir. Yeyəcəyindən, içəcəyindən artıq süfrəni doldurmaq, əlbəttə ki, böyük israfdır”.

Bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

“Bizim toy adətimizdə bu vəhşiliklə daha yaxından tanış olduğumuza görə, bunun düşüncəmizdə yer almasını təbii hal kimi görmək olar. Ancaq bu sıralamada ən öndə gələn, fikrimcə vaxt israfıdır. Saatlarca stolüstü oyunlar oynayan, saatlarca çayxanada çay içib qeybət edən, qumarla, eyş-işrətlə, əyləncə ilə vaxtının çoxunu keçirən, saatlarca televizorun qarşısında, facebookun içində vaxtını öldürən minlərlə insanı çevrəmizdə görürük. Mən bu insanlar vaxt öldürənlər, vaxtı israf edənlər deyirəm. Ardınca ibadətin də israfı var, kitab oxumağın da, idmanın da, istirahətin də, işin də israfı var. İnşa etdiyimiz evlərdə otaqların sayı da, maşınlarımızın çeşidi də, feodal qəsrini anladan hasarlarımız da israfı özündə canlandırır. Yəni həyatımızın hər hansı sahəsi olursa-olsun həddi aşmadan yaşamağı öyrənmədiyimiz təqdirdə, israfçıyıq demək. Sevginin də, nifrətin də israfı var. Vəzifənin də, var-dövlətin də, yoxsulluğun da israfı var. Bütövlükdə isə ömür israfı deyilən bir anlayışın altında əzilmiş oluruq. Ömrümüzün gerisinə boylanıb baxdığımızda nələri israf etdiyimizi daha aydın dərk edə bilirik.  O halda “Allahın sevmədiyi insan” olmaqdan daha sərt sanksiyanı hansı qanunda təsbit edə bilərsən? İndi çinlilərin “Allah israf edənləri sevməz” hökmündən daha mükəmməl hansı sanksiyanı düşünəcəklərini maraq edirəm” – F.Mustafa bildirib.

Həmçinin oxuyun

Rəsul Quliyev: “Bir dəfə qalib gələn bir daha məğlub olmaz”

Azərbaycanın ABŞ-da yaşayan sabiq spikeri Rəsul Quliyev Anım günü ilə bağlı paylaşım edib Paylaşımda qeyd …