Çərşənbə , May 22 2019
Ana səhifə / Siyasət / “Saatı 30 manat, evdə bilmirlər…” — Bakı gecələri + VİDEO

“Saatı 30 manat, evdə bilmirlər…” — Bakı gecələri + VİDEO

Gecələr Bakı küçələrində nələr baş verir?

Azinforum.az Bakının Sulutəpə-Xocəsən yolundakı “mavi gecələri” haqda ans-in hazırladığı reportajı təqdim edir:

“Özünü Ayka kimi təqdim 19 yaşlı gəncə, xanımmı desəm, oğlanmı desəm… Hər nəysə. Şəhərin bir çox ərazisində gözümüzə dəyən “Ayka” və onun kimilərin ünvanına yeni məkan əlavə edilib-Sulutəpə-Xocəsən yolu.

Ayka və onun bir iki rəfiqəsi artıq bir müddətdir ki, qaş qaralanda işə gedirmiş kimi üz tuturlar bu əraziyə. Həmişəki kimi öz amplualarında-mini yubkada, qısa sarı və ya qara uzun saçda- kişilər üçün qeyri-təbii işdə… Cazibədar görünmək üçün isə min hoqqaqdan çıxırlar.

Səbəb də bəllidir, kimlərinsə müvəqqəti hisslərinin qənimi olmaq. Və bunun müqabilində dırnaqarası xidmət haqqı…

Nəzərə alsaq ki, adıçəkilən ərazi paytaxtda daxil olan yük avtomobillərinin əsas yollarından sayılır. Onların müştərilərinin kim olduğunu izah etməyə isə artıq ehtiyac yoxdur.

“KamAZ” sürücülərindən savayı, xəttə çıxan avtobus sürücüləri və taksilər də tez-tez “Ayka” kimilərinin dırnaqarası qəbuluna düşürlər.

Ayka demişkən, təcrübəsi az olan bu gənc həyatından narazı görünmürdü. Deyib gülür və növbəti müştərisini gözləyir:

“Saatı 30 manat, evdə bilmirlər, bilsələr nə deyəcəklər ki?..”

Onlar gündüz adi, axşam isə qeyri-adi görünürlər. Ələxsus, Bakıda. Bakı gecələrinə özlərinə uyğun rəng qatan Aykalar, Syamalar, Cenilər isə günü-gündən çoxalır.

Bu, xəstəlik deyil və ona görə də müalicəsi yoxdur. Bu, sadəcə olaraq, vərdişdir, amma yoluxucu!”

Həmçinin oxuyun

Zərdüşt Əlizadə: “Rusiyanın yeni ekspansiyalar üçün qüvvəsi qalmayıb”

Estoniyanın müdafiə naziri Rusiyanın qərb sərhədlərinə böyük hərbi qüvvələr cəmləşdirdiyi ilə bağlı açıqlama verib. Ölkəsinin  …

Bir cavab yazın