Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Siyasət / Saakaşvilinin karyerası bitdimi? – Şərh

Saakaşvilinin karyerası bitdimi? – Şərh

“Mixail Saakaşvili güclü siyasətçidir, əsl mübarizdir, başı ilə divarı yarmağa hazırdır. Ancaq bütün bunlar da bir yerə qədər. Ukrayna hakimiyyəti onu məcburi Polşaya deportasiya etdikdən sonra sərhəddi elə qapadacaq ki, keçmiş səhvini təkrarlamasın və Gürcüstanın keçmiş prezidenti bir daha Ukraynaya ayaq basa bilməsin. Əlbəttə, Saakaşvili yenə cəhd edəcək, ancaq çətin olacaq. Gürcüstan və Ukrayna Saakaşvilinin üzünə xeyli müddət qapalı olacaq”.

Teleqraf.com xəbər verir ki, bu barədə siyasi ekspert Elxan Şahinoğlu Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin bu gün axşam Polşaya readmissiya edilməsinə münasibət bildirərkən qeyd edib.

E.Şahinoğlu hesab edir ki, Saakaşvilinin siyasi karyerası yaxın illər üçün eniş dövrünü yaşayacaq: “Gərək Gürcüstanda və Ukraynada onun tərəfdarları qələbə çalsın ki, o ya Tiflisə, ya da Kiyevə qayıda bilsin. Bunun da perspektivi hələ ki, qaranlıqdır. Qərbə və Polşaya siyasətçi Saakaşvili lazım deyil, uzaqbaşı Qərbin məşhur universitetlərindən birində dərs deyə bilər. Doğrusu, bu, onun üçün maraqsız olacaq. Ancaq Tiflis və Kiyevə belə “maraqlı” siyasətçi lazım deyil, heç Qərbə də lazım deyilmiş, yoxsa əlləri qandallı Polşaya deportasiya belə asanlıqla baş tutmazdı”.

Həmçinin oxuyun

“Azərbaycan bu gün artıq siyasi şahmat taxtasında piyada deyil, eləmi?” –“Əlbəttə!..”

“Cəbhədəki yeni uğurlar münasibəti ilə dövlətimizi, xalqımızı təbrik edirəm. İşğalçı ermənilərin burnunu axıra kimi ovmaq …