Ana səhifə / Siyasət / Səxavət Əlisoy istefa verdi

Səxavət Əlisoy istefa verdi

Azərbaycan Demokratiya və Rifah hərəkatının (ADR) İdarə heyətinin üzvü Səxavət Əlisoy hərəkatdan istefa verib.

Bu barədə Əlisoy öz feysbuk səhifəsində yazıb.
O qeyd edib ki, pandemiya, daha sonra səhhətində yaranan problemlərlə bağlı hərəkatın sədri Qubad İbadoğlunun onlayn toplantılarından uzaq düşüb: “Son qurultay barədə isə qurultaydan bir gün sonra dostum Əli Sabirabadlıdan xəbər tutdum”.

Əlisoy bildirib ki, Qubad İbadoğlu Londonda yaşayır və işləyir Bakıda isə bir təşkilatın həm sədri, həm də Məclisinin sədridir: “Birinci müavin postu belə yox. Digər bir partiyada bənzər durum varmı? ADR obyektmi, kiçik müəssisə mi? Obyekti belə fəaliyyət üçün kiməsə etibarnamə ilə həvalə edirlər.

Qubad İbadoğlunun şəxsən özünün siyasi paylaşımları daha çox populizmə söykənir. Bu onu deyir ki, konstruktiv yoldan imtina olunub. Nədən bunu etdi? Bu barədə heç nə yazmıram.

ADR Hərəkatına son 7 ildə məhz Qubad İbadoğluna görə ictimai reytinqi olan 7 ziyalı belə qatılmadı.

Qubad İbadoğlunda artıq şəxsiyyətə pərəstiş elementləri özünü biruzə verir. (Etika xətrinə onun İH üzvlərinə yazdığı tövsiyə xarakterli tezislərini bura qoymuram) Birbaşa özünün qayğısı ilə trollar yetişməkdə. Barəsində yazılan tərifləri, şeirləri yağ kimi içir. Haqqında deyilən “dünya miqyaslı alim” epitetinə belə reaksiya vermir.

Qubad İbadoğlunun QHT-si Mədən Sənayesində Şəffaflıqla bağlı araşdırmaları ilə tanındı. ADR Hərəkatında isə Şəffaflıqdan əsər-əlamət yox.

ADR Hərəkatında sədri tənqid etmək bir yana, fərqli fikirdən söhbət gedə bilməz.

“Hakimiyyət məndən qorxur”, “filan qanun dəyişikliyini mənə görə ediblər”, “filan dövlətin baş naziri tanıdığı üçün mənə stavka edəcək” kimi yalanları dövriyyəyə buraxmaqla lider olmaq mümkün deyil…

Həmçinin oxuyun

Laçın dəhlizində əslində nə baş verdi? – DETALLAR

Ermənilər Azərbaycanın Laçın dəhlizini bağladığı, Qarabağdakı erməni əhali üçün “həyati əhəmiyyət” kəsb edən yolun qarşısını …