Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Siyasət / “Səttar Möhbalıyev məsuliyyətə cəlb olunmaq əvəzinə…”

“Səttar Möhbalıyev məsuliyyətə cəlb olunmaq əvəzinə…”

“Dörd il bundan əvvəl haqqımda ard-arda cinayət işləri qaldırılanda, qondarma mülki icraatlar başlayanda hesab edirdim ki, həyatımın ən çətin anlarıdır. Bu xalqın müqəddəs nəyi varsa məhv etməyə çalışan cütlük (Ramiz Mehdiyev – Əli Həsənov) vəzifələrindən azad ediləndən, xüsusən Vətən Müharibəsindəki qələbədən sonra hesab etdim ki, nəhayət ki, rahat günlərim başlayacaq. Əksinə oldu. Səmimi deyirəm ki, bu günlər daha ağır mənəvi-psixoloji durumdayam. Bir tərəfdən ümidlərimin puç olduğunu görürəm, digər tərəfdən mənim xoş niyyətlə insanları gələcəyə nikbin ruha kökləmək istəyimin kimlərəsə yarınmaq kimi qələmə verənlərin yazılarını oxuyuram və düşünürəm ki, bəlkə son illər susan ziyalılar elə düz edirlər. Sakit dayanıb ətraflarında baş verən faciələri seyr edib bacardıqca şəxsi maraqlarını təmin edirlər”.

Bunu hüquqşünas Aslan İsmayılov bildirib.

Nə üçün ümidlərimin puç olduğundan yazdım. Ona görə ki, hesab edirdim ki, hakimiyyətin elan etdiyi islahatlar nəhayət ki, ölkədə ədaləti az da olsa bərqərar edəcək. Görünən isə odur ki, islahat adı altında imitasiya gedir. Son günlər Azərbaycan futbolunu bərbad edən AFFA-nın fəaliyyətinə bir balaca fikir verəndə dediklərimin şahidi olarsınız. Azərbaycan futbolu rəzil durumda, AFFA isə bəh-bəhlə islahatlardan, futbolun inkişafından danışır. Yığma komandası Mozambikdən sonra 137-ci yerdə olanlar Şamaxıda açdıqları futbol meydançasını inkişaf kimi sırıyır, dünənə qədər “Şəfa”, “İnter”, sonra isə “Keşlə” kimi fəaliyyət göstərən komandanın adını yenidən dəyişib Bakıdan Şamaxıya aparıb adını “regionlarda futbolun inkişafı” qoyurlar. Əvvəllər ölkəni talan edənlər bu gün də öz işlərindədirlər. 20 ildən artıq deputat olan, qazinin əmlakını əlindən almaqla onu özünü öldürməyə vadar edən, qohum-əqrəbasının evində qətl törədilən, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri məmur-korrupsioner Səttar Möhbalıyev başçılıq etdiyi ictimai təşkilatla öz əmlakı kimi davranmaqda davam edir. Patronları Ramiz Mehdiyev və qudası Əli Həsənov vəzifəsindən kənarlaşandan sonra məsuliyyətə cəlb olunmaq əvəzinə özünə yeni patron tapıb fəaliyyətini uğurla davam etdirir. Onu kimi başqaları da iş başındadırlar, sadəcə, sahiblərin dəyişdirilməsi baş verir. Vətən Müharibəsindən sonra şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına olan münasibət heç bir əndazəyə sığmır. Müharibə dövrü tuman altında gizlənən məmur balaları dədələri kimi eyş-işrət içində, torpaq uğrunda can verənlər isə imdad diləyirlər. Bu gün göydən daş yağsa, “haqq etmişik” deyəcəm” – A.İsmayılov qeyd edib.

Həmçinin oxuyun

“Qarabağ məsələsinə münasibətdə İranın mövqeyi şəffaf və birmənalı idi” – Seyid İbrahim Rəisi

“Qarabağ məsələsinə münasibətdə də İran İslam Respublikasının mövqeyi şəffaf və birmənalı idi. İranda İslam inqilabının …