Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Siyasət / Sərkisyan Qarabağ separatçılarının başına keçmək istəyir – İDDİA

Sərkisyan Qarabağ separatçılarının başına keçmək istəyir – İDDİA

Uzun sürən pauzadan sonra Ermənistanın sabiq prezidenti Serj Sərkisyan siyasi səhnəyə qayıdıb. O, Zaqrebdə keçirilən Avropa Xalq Partiyasının qurultayında iştirak və çıxış edib.

Ermənistanda demokratiya və konstitusiya normalarının pozulduğunu bildirən eks-prezident indiki populist insanların hakimiyyətə gəlməsində öz günahını da etiraf edərək qeyd edib ki, Paşinyan hökuməti heç bir inqilabi dəyişikliklər həyata keçirməyib. “Onda mənim bir məqsədim var idi – insan tələfatına yol verməmək və ölkəni təhlükəli zərbələrdən qorumaq. İl yarım əvvəl hakimiyyətə gələnlər ölkənin daxili və xarici siyasətinə heç bir inqilabi dəyişiklik gətirməyiblər. Əksinə, respublikada demokratiya və konstitusiya normaları kobudcasına pozulur. Məhkəmə hakimiyyətinin funksiyaları aşkar şəkildə iflic edilib, siyasi təqiblər baş alıb gedir. Dözümsüzlük və nifrət narahatlıq doğuracaq həddə çatıb” – Sərkisyan bildirib. Virtualaz.org erməni KİV-inə istinadən bildirir ki, Sərkisyan Paşinyana özünə sərf edən müxalifətin lazım olduğunu deyib. Əlavə edib ki, o, Sərkisyan və Köçəryanı siyasətdən uzaq tutmağa çalışır.

R.Köçəryanın həbsdə olması şəraitində Qarabağ klanının daha bir lideri S.Sərkisyanın ortaya çıxması diqqət çəkir. Hansı ki, Sərkisyanın tezliklə həbs edilə biləcəyi barədə onun kürəkəni, Ermənistanın Vatikanda keçmiş səfiri Mikael Minasyan bildirmişdi. Qeyd etmişdi ki, peşəkar kadrların defisiti fonunda Nikol Paşinyan başda olmaqla mövcud hökumətin “hakimiyyəti əlində saxlamaq üçün yeni repressiyalara əl atmaqdan başqa çıxış yolu” qalmır.

Belə görünür, Sərkisyan hansısa dairələrin dəstəyini aldığı üçün belə cəsarətlə danışır. Yeri gəlmişkən, eks-prezident ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi ilə rəhbərlik etdiyi Respublikaçılar partiyasının mərkəzi ofisində görüşüb. Görüşdə Ermənistan Respublikaçılar partiyasının icra orqanı və ABŞ səfirliyinin nümayəndələri iştirak edib. Məlumata görə, Sərkisyan Ermənistanın daxili-siyasi vəziyyətini, mövcud narahatlıqları, bununla bağlı Respublikaçılar partiyasının mövqelərini səfir Treysiyə təqdim edib, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqlar prosesinin mövcud vəziyyətinə toxunub.

Sərkisyan Qarabağ separatçıları ile ilgili görsel sonucu

Bu arada Ermənistanın sabiq prezidentinin İtaliyada 20 milyon avro dəyərində malikanəyə sahib olması barədə xəbər yayılıb. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ermənistan Baş Prokurorluğu faktla bağlı araşdırmalara başlayıb. “Serj Sərkisyanın Qarabağdan başqa heç yerdə daşınmaz əmlakı yoxdur. Prokurorluq isə terrorçu təşkilat kimi tanınan “Sasna Tsrer”in yalanına həvəslə inanaraq araşdırmalar aparır”, – deyə Serj Sərkisyanın ofisi açıqlama yayıb.  

Hər halda işğal olunmuş Azərbaycan ərazilərində 2020-ci ildə keçirilməsi planlaşdırılan “prezident seçkisi” ərəfəsində S.Sərkisyanın “xortlaması” maraqlı məsələdir. N.Paşinyan israrla Qarabağ separatçılarının başına öz adamını gətirmək və buradakı cinayətkar dəstələri öz nəzarəti altına almaq, hakimiyyətinə yönəlik təhlükələrdən özünü sığortalamaq istəyir. Ancaq istisna deyil ki, il ərzində bir neçə dəfə Qarabağa gələn, buradakı terrorçu dəstələrlə görüşən S.Sərkisyan da özünün, yaxud da klanın hansısa nümayəndəsinin oyuncaq qurumun başında olmasını arzulayır. Məsələ burasındadır ki, Dağlıq Qarabağda başlamış separatçı hərəkatın başında duran Xocalı canisi S.Sərkisyanın revanşı və Ermənistanda hakimiyyət başına gəlməsi də işğal zonasından başlayıb. Ancaq 2018-ci ildə hakimiyyətdən qovulan eks-prezident hazırda özünü və ətrafını qorumaq üçün yenidən Xankəndinə sığına bilər.

Belə bir məqamda kompromat müharibəsi də diqqətdən yayınmır. Erməni analitik Alla Aydiyan Ermənistanın baş naziri Nikol Paşinyanın Milanda Qarabağla bağlı açıqlamalarını şərh edərkən maraqlı məqamlara toxunub. Axar.az xəbər verir ki, Aydiyan erməni saytı “Аysor.am”a müsahibəsində Ermənistan hakimiyyəti içində gedən söz-söhbətlərdən xəbərdar olduğunu bildirib. “Mən hakimiyyət daxilində baş verən bəzi vacib məqamları adi insanlardan çox bilirəm. Belə ki, Paşinyan bu gün keçmiş prezident Serj Sərkisyanın atəşkəs müqabilində (2016-cı il aprel savaşı nəzərdə tutulur – red.) Meğri və 7 rayonu Azərbaycana qaytarmaq istəməkdə ittiham edir. Mən bu söhbətin bəzi detallarını bilirəm, amma tam olaraq mənzərəni görmək olmur”, – ekspert qeyd edib.

Aydiyan istisna etmir ki, məhz bu fakt Sərkisyan hakimiyyətinə son qoyub. Erməni analitik qeyd edib ki, Nikol Paşinyan Milanda danışarkən Ermənistan cəmiyyətini manipulyasiya edib: “Hamı Paşinyanın Qarabağla bağlı tezisini yaxşı bilir: “Bütün tərəfləri razı salacaq həll variantı ilə razıyam”. Azərbaycan tərəfinin bununla bağlı əsas fikri “Qarabağ Azərbaycanındır və nida işarəsi”dir. Belə çıxır ki, Paşinyan bu fikirlə razıdır? Bu, manipulyasiyadır. Amma gərək Paşinyan bu tip manipulyasiya və maxinasiyalardan əl çəksin. Axı bu mövzu öz həssaslığı ilə seçilir”.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Politoloq Elxan Şahinoğlu S.Sərkisyanın son günlər ortaya çıxmasının səbəbləri barədə “Yeni Müsavat”a danışarkən dedi ki, eks-prezidentin Qarabağ separatçılarının başına gəlməsi real görünmür: “İşğalçı bölgədə artıq “kampaniya” başlayıb və “namizədlər” də bəllidir. Serj Sərkisyanın bunların başı üstündən adlayıb Dağlıq Qarabağdakı qondarma rejimin “prezidenti” seçilmək istəyinin olduğunu düşünmürəm. Çünki o halda Ermənistanla münasibətlərdə problemlər yaşanacaq. Çünki Serj Sərkisyanı məhz Paşinyan devirib. Belə olan halda, Paşinyan Dağlıq Qarabağda “prezident seçilən” Sərkisyanla hansı məsələləri yoluna qoya bilər? Sərkisyan başa düşür ki, bu, bölgə üçün də çox böyük problemlər yarada bilər”.

Həmçinin oxuyun

İranla qucaqlaşan İrəvan indi Tehrana güllə atır – ŞƏRH

Ermənistan, deyəsən, havalanıb. Düşmənin silahlı qüvvələri başını o dərəcədə itirib ki, dünənə qədər can-ciyər dediyi, …