Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Siyasət / Sərhəddə qalan 31 azərbaycanlı Türkiyəyə, 11-i Bolqarıstana keçib

Sərhəddə qalan 31 azərbaycanlı Türkiyəyə, 11-i Bolqarıstana keçib

Azərbaycanın Türkiyədəki səfirliyi bölgəmizdə koronavirus (COVİD-19) pandemiyası başlayandan etibarən dövlət siyasətinin bir hissəsi kimi vətəndaşlarımıza mümkün dəstəyin göstərilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Səfirlik Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunduğu kimi ilk növbədə xüsusi ehtiyac duyan vətəndaşlarımızın ölkəmizə geri qayıtmasının təmin edilməsi daxil olmaqla müvafiq tibbi ləvazimatların əldə edilməsi, təcrübə mübadiləsinin aparılması, Türkiyə daxilində vətəndaşlarımız üçün inzibati və lojistik məsələlərin həlli və digər istiqamətlərdə son iki həftədə gün ərzində gücləndirilmiş rejimdə fəaliyyət göstərib.

Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib ki, Bolqarıstan-Türkiyə sərhədində Türkiyəyə girişləri qadağan olan ölkələrdən gələn vətəndaşlarımızın bu ölkəyə keçidini təmin etmək üçün ilk olaraq sərhəddə qalan 28 azərbaycanlının sərhədi keçməsinə nail olunub, daha sonra neytral zonada qalan 14 vətəndaşımızdan 11-nin Bolqarıstana keçməsinə şərait yaradılıb.

“Sərhəddə qalan digər 3 vətəndaşımızın isə Türkiyəyə keçidini təmin etmək üçün iki həftədir bütün rəsmi diplomatik kanallarla təmaslar saxlanılıb. Bu gün həmin 3 vətəndaşımızın Türkiyə ərazisində 2 gün karantində qalmaq şərtilə xarici vətəndaşlar üçün tam bağlı olan sərhədi keçməsi təmin edilib. Bunun üçün biz Türkiyə hökumətinə, xüsusilə də TR Xarici İşlər Nazirliyinə dərin minnətdarlığımızı bildiririk.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi tam tərkibdə və gücləndirilmiş rejimdə fəaliyyət göstərərək vətəndaşlarımızın üzləşdiyi məsələlərin konsulluq yardımı müstəvisində həllinə dəstək verməkdə davam edir”, – deyə məlumatda qeyd olunub.

Həmçinin oxuyun

Putinin İlham Əliyevlə telefon danışığı oldu

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı olub. Bu barədə Kremlin mətbuat …