Şənbə , Avqust 15 2020
Ana səhifə / Siyasət / “Sərhəddə baş verən hadisələr narahatlıq doğurur” – Fransa səfiri

“Sərhəddə baş verən hadisələr narahatlıq doğurur” – Fransa səfiri

Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr hər zamankından daha çox narahatlıq doğurur.

Bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakott deyib.

“Təkrar etmək vacibdir: hərbi həll yolu ola bilməz”, – deyə səfir bildirib.

O əlavə edib ki, Fransa və Almaniya bir əsrdən çox müddəti nifrət və müharibəyə sərf ediblər, bu gün isə onlar Avropa quruculuğunun aparıcı qüvvəsidir:

“Yeri gəlmişkən, mənim İrəvandakı ofisimdə general De Qollun və kansler Adenauerin şəkli var. Sözsüz ki, sülhün bərqərar olması üçün qarşılıqlı səy tələb olunur və bu yolda cəmiyyətin cəsarəti və hazırlığı tələb olunur”. Azvision.az

Həmçinin oxuyun

İlham Əliyev Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir – Malik Həsənov

Cənab Prezident İlham Əliyevin Rusiyanın Ermənistana silah verməsi ilə bağlı Rusiya lideri Vladimir Putinə zəng …