Bazar ertəsi , İyul 26 2021
Ana səhifə / Siyasət / “Sərhəd probleminin həlli üçün Rusiya ilə fəal əməkdaşlıq edirik” – Paşinyan

“Sərhəd probleminin həlli üçün Rusiya ilə fəal əməkdaşlıq edirik” – Paşinyan

Ermənistan hakimiyyəti Azərbaycanla sərhəd problemini həll etmək üçün Rusiya ilə fəal əməkdaşlıq edir.

Azvision.az “TASS”a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Qeqarkunik bölgəsinin Çambarak icmasında yerli sakinlərlə görüşü zamanı bildirib.

“Sotk – Xoznavar bölməsindəki təhlükəsizlik vəziyyəti haqqında: biz rusiyalı həmkarlarımızla fəal şəkildə əməkdaşlıq edirik, onlar çox aktiv prosesə cəlb olunublar. Biz addım-addım problemin yekun həllinə doğru irəliləyirik”, – Paşinyan deyib.

Həmçinin oxuyun

Mustafa Şentop Azərbaycana gəlir

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop sabah Azərbaycana səfər edəcək. TBMM sədri Azərbaycan-Pakistan-Türkiyə …