Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / SƏRDAR HƏMİDOVUN YASINDA BÖYÜK İZDİHAM YAŞANIR – FOTOLAR

SƏRDAR HƏMİDOVUN YASINDA BÖYÜK İZDİHAM YAŞANIR – FOTOLAR

Rayon sakinləri, Qarabağ döyüşçüləri, milli qəhrəmanlar, ictimai və siyasi simalar uzun sürən ağır xəstəlikdən sonra fevralın 28-də dünyasını dəyişən sərdar Həmidovu anmaq üçün onun Tərtərdəki evində toplaşıb.

Müsavat Partiyasının başqanı Arif Hacılı, Müsavatın sabiq başqanı İsa Qəmbər, başqanın müavini Gülağa Aslanlı və digər partiya üzvləri də Sərdar Həmidovu anmaq üçün onun Tərtərdəki evinə gəliblər. (Ətraflı BURADA)

* * *

Etatist.com xəbər verir ki, bu gün Sərdar Həmidovun 3 mərasimi keçirilir və Siyasi Məhbusların Monitorinq Mərkəzinin həmtəsisçisi Tural Abbaslı, Milli Qəhrəman, Goranboy rayonunun keçmiş icra başçısı Maşallah Abdullayev, sabir daxili işlər naziri, mərhumun qardaşı İsgəndər Həmidov, keçmiş kənd təsərrüfatı naziri Tofiq Hüseynov, Ümid Partiyasının sədr müavini Tamilla Qulami, D18 Hərəkatının sədri Ruslan İzzətli, Qarabağ döyüşçüləri onu anmaq üçün toplaşıb.

Qarabağ müharibəsinin qəhrəmanını anmağa izdiham gəldi - Fotolar

Qarabağ müharibəsinin qəhrəmanını anmağa izdiham gəldi - Fotolar

Qeyd edək ki, fevral ayının 28-də qəfildən halı pisləşən və yerləşdirildiyi 1 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişən Sərdar Həmidov ötən gün qoruduğu Tərtər rayonunda torpağa tapşırılıb.
1992-1994-cü illərdə Tərtər rayonunun icra başçısı olmuş Sərdar Həmidovun xidmətləri nəticəsində rayonun ərazisi düşməndən tam şəkildə müdafiə olunub. Bundan başqa Ağdərə əməliyyatında uğur qazanaraq Ağdərənin bir neçə kəndini, o cümlədən ən böyük qəsəbəsi olan Margüşəvanı Tərtərin ərazisinə qatıb. Döyüşlərdə qazandığı uğurlara görə Azərbaycanın o zamankı prezidenti Əbülfəz Elçibəy tərəfində Fəxri Fərmanla təltif edilib.

Sərdar Həmidov Qarabağ müharibəsində bir neçə güllə yarası alıb və uzun müddət idi ki, səhhətində problemlər var idi.

Onu da əlavə edək ki, bu gün Sərdar Həmidovun 3 mərasimi keçirilir. Yaxınlarının verdiyi xəbərə görə 7 mərasimi keçirilməyəcək, amma 40 mərasimi keçiriləcək.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın