Çərşənbə , İyun 29 2022
Ana səhifə / Siyasət / Sərdar Cəlaloğlu Şuşada nədən narazı qaldı?

Sərdar Cəlaloğlu Şuşada nədən narazı qaldı?

İyunun 15-də 40-a qədər siyasi partiya rəhbərlərinin Şuşaya səfəri qalmaqalsız ötüşməyib.

Belə ki, Şuşa Bəyannaməsinin imzalanmasının 1-ci ildönümünə həsr olunmuş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçirilən beynəlxalq konfransa partiya sədrləri də dəvət olunmuşdu.

Partiya sədrləri Şuşada xeyli şəkillər çəkdirib sosial şəbəkələrdə paylaşıblar. Amma ADP sədri Sərdar Cəlaloğlunun həmin fotolarda olmaması diqqətimizi cəlb etdi.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki, Sərdar Cəlaloğlu da Şuşada olub.

“O, sadəcə şəkil çəkdirmək istəməyib”, – P.Hüseyn deyib.

Məlumata görə, S.Cəlaloğlu Şuşaya səfər etsə də, bu səfərin formatı onu qane etməyib. Belə ki, dünənə qədər Rusiyanı tərifləyən, Türkiyəyə qarşı qısqanc mövqeyilə seçilənlərin onunla eyni avtobusa mindirilib, eyni tədbirə yola salınmasından narazı qalıb. Teleqraf.com

Həmçinin oxuyun

“Danışıqları Ermənistanla birbaşa aparmağımızın tərəfdarıyam, vasitəçilik olmasın”

“Hesab edirəm, Paşinyan Azərbaycanla bağlı sözləri Ermənistanın daxili auditoryası üçün səsləndirib. Cənab Prezident İlham Əliyev …