Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Siyasət / Sərdar Cəlaloğlu müxalifəti suçladı – düşərgədən cavab gəldi

Sərdar Cəlaloğlu müxalifəti suçladı – düşərgədən cavab gəldi

Əli Əliyev: “Bu məsələdə Sərdar bəy haqlıdır, amma…”; Tural Abbaslı: “Onun fikirləri ilə razı deyiləm…”

ADP sədri Sərdar Cəlaloğlu “Hürriyyət” qəzetinə müsahibəsində müxalifət haqqında bir sıra məsələləri qabardıb. Cəlaloğlu bildirib ki, Azərbaycan müxalifətinin siyasi dünya görüşü yoxdur: “Əfsuslar olsun ki, bu gün Azərbaycanda intiligentlər, yəni dövrün ağlını və ruhunu özündə ifadə edənlər olduqca azdır. Həm də onların xalqa təsiri sıfır səviyyəsindədir… Siyasət həm də siyasi dünya görüşüdür. Bu gün Azərbaycan müxalifətinin siyasi dünya görüşü, siyasi fəlsəfəsi yoxdur. Buna görə də ancaq hakimiyyətə gəlmək barədə düşünür”.

“Yeni Müsavat”a danışan VİP sədri Əli Əliyev bildirdi ki, Sərdar Cəlaloğlu bu fikrini hər kəsə aid etmir: “Əvvəlcə onu qeyd edim ki, Sərdar bəy mənim düşüncəmə görə müstəsna dərəcədə mütaliə bazasına malik olan, ziyalı kateqoriyasına mənsub siyasətçidir. Ona görə də hörmətli Sərdar bəyə dərin rəğbət bəsləyirəm. Düşünürəm ki, Sərdar Cəlaloğlu siyasi şəxslərdə siyasi fəlsəfənin olmaması məsələsini hər kəsə şamil etmir. Azərbaycan müxalifətində həqiqətən də siyasi fəlsəfəyə söykənməyən qurumlar, təşkilatlar var. Bu məsələdə hesab edirəm ki, Sərdar bəy haqlıdır. Azərbaycanda siyasi fəlsəfəyə söykənən təşkilatların olması labüddür. Çünki siyasi fəlsəfəsi olmayan təşkilatlar yalnız bir nəfərin və ya kiçik qrupun marağına xidmət edə bilərlər. Əslində Azərbaycanda təşkilatlanmanın problemlərindən biri kimi də siyasi fəlsəfəsizliyi görürəm.

Çünki bu, Azərbaycan siyasi mühitinin ən ciddi problemlərindən biridir. Sərdar bəyin 3-5 ziyalı ilə bağlı dediyi fikirlərə də münasibət bildirmək istəyirəm. Həqiqətən də Azərbaycanın siyasi mühitində ziyalı kateqoriyasına aid olan, ağıllı, səviyyəli, Azərbaycanın milli maraqlarını və çıxarlarını düşünən insanlar mövcuddur. Sərdar bəy onları 3-5 nəfər saysa da, mən hesab edirəm ki, bu say bir qədər artıqdır. Bu adamlar ziyalı olmaqla yanaşı, həm də siyasi fəaliyyətləri cəmiyyətdəki proseslərə öz qatqılarını vermək istəyirlər. Onlar mütləq şəkildə cəmiyyətlə dərin əlaqələr qurmağa cəhd etməli, kommunikasiyanı artırmalıdırlar. Bu adamlar öz dəyərli fikirlərini siyasi düşüncəyə yansıtmağı bacarmalıdırlar”.

Əli Əliyev: ile ilgili görsel sonucu

Ə. Əliyevə görə, rus dili məsələsi ilə bağlı digər problemlər də var: “Azərbaycana qarşı təhdidlər məsələsində təkcə Rusiya deyil, digər milli problemlər də mövcuddur. Azərbaycan bu gün böyük dövlətlərin təhdidi altında yaşamaq zorundadır. Bu məcburiyyət bütün qonşularımızla əlaqəlidir. Təbii ki, Azərbaycanın özünün milli xətti olmalı, kənar dövlətlərdən bütün sferalarda kənarda qalmalıdır. Azərbaycanın milli maraqları başqa dövlətlərin maraqlarına qulluq etdirilə bilməz. Rus dilinə gəldikdə isə düşünürəm ki, Azərbaycan ictimai münasibətlərində bu dilin ayaq alması, təbliğ etdirilməsi yanlış xətdir. İnsanların çox dil bilməsinin tərəfdarıyam. Azərbaycan 200 il müddətində Rusiyaya bağlı olub. Bu əlaqələrin kəskin şəkildə kəsilməsini də doğru saymıram. Azərbaycanın Rusiya elmi mühitindən çıxarılması mənfi effekt verə bilər. Lakin Azərbaycanda bu istiqamətdə baş verənləri də doğru saymıram. Düşünürəm ki, ölkədə dövlət vəsaiti hesabına başqa dildə təhsil verilə bilməz”.

Tural Abbaslı ile ilgili görsel sonucu

Üzvlərinin daha çox gənclərdən ibarət olduğu AĞ Partiyanın lideri Tural Abbaslı isə səslənən fikirlərlə  bağlı “Yeni Müsavat”a aşağıdakıları söylədi: “Sərdar bəyin fikirlərinə hörmətlə yanaşıram. Bu, onun şəxsi, subyektiv fikridir. Hesab edirəm ki, istənilən adam bu cür fikirlər səsləndirə bilər, ancaq ”biz də onunla razılaşmalıyıq”, – deyə bir şey yoxdur. Müxalifət anlayışı əslində geniş anlamdır. Burada şəxslər, partiyalar, təşkilatlar yer alıb. Onların hamısının adından ümumiləşdirilmiş fikirlərin səsləndirilməsini korrekt hesab etmirəm. Sərdar bəy də kifayət qədər təcrübəli siyasətçidir. Ancaq onun fikirləri ilə razı deyiləm. Müxalifətin zatən əsas hədəfi hakimiyyətə gəlməkdir. Lakin hakimiyyətə gəlmək məqsəd yox, planlarını həyata keçirmək üçün vasitədir. Odur ki, bu məsələyə o qədər də aqressiv yanaşmaq lazım deyil. Müxalifət olaraq biz hakimiyyəti islahatlara məcbur edə biliriksə, iqtidarın yanlışlıqlarını korrektə ediriksə, bu da qeyd edilməlidir. Partiya müxalifətdə olduğu halda da dövlətə, cəmiyyətə fayda verməyi bacarmalıdır. AĞ Partiyanın əsas hədəfi təbii ki, hakimiyyətə gəlib, yaranan riçaqlar vasitəsilə cəmiyyətdə müsbətə doğru dəyişikliklər edib, demokratik cəmiyyət formalaşdırmaqdır. Ancaq eyni zamanda biz müxalifətdə olduğumuz yerdən də cəmiyyətimizə, dövlətimizə xeyir verməyə çalışırıq. Dediyim kimi, gündəlik müxalif fəaliyyətin özü belə cəmiyyətə fayda verir. Ona görə də Sərdar Cəlaloğlunun fikirlərini korrekt hesab etmirəm”.

Həmçinin oxuyun

“Putin əslində Rusiya üçün balansı nəzərdə tutur”

“Rusiyan Prezidenti Vladimir Pitin dünən Qarabağla bağlı açıqlama verib. Sayca bu, onun ikinci açıqlamasıdır. Ümumiyyətlə, …