Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Siyasət / Sərdar Cəlaloğlu: “Elçibəyin əleyhinə olanlar da, lehinə olanlar da səmimi deyillər”

Sərdar Cəlaloğlu: “Elçibəyin əleyhinə olanlar da, lehinə olanlar da səmimi deyillər”

“Bu gün Elçibəyin əleyhinə olanlar da, lehinə olanlar da səmimi deyillər”.

Bu sözləri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu mərhum eks-prezident Əbülfəz Elçibəyin anım günü barədə danışarkən deyib.

Partiya sədri fikirlərini bu cür izah edib:

“Lehinə olanlar ona görə səmimi deyillər ki, onlar Elçibəyin adından öz məqsədləri naminə istifadə edirlər. Cəmiyyətdə tərəfdarı kimi təqdim edirdilər. Əleyhinə olanlar isə ona görə səmimi deyillər ki, onların tənqidinin heç bir əsası yoxdur. Elçibəy haqqında səsləndirilən tənqidlərin heç birinə haqq qazandırmaq olmur. Elçibəy Azərbaycan milli istiqlal hərəkatının rəhbəri olub. Səhvləri ilə, düzləri ilə Azərbaycanın ən yeni tarixinə düşən şəxsiyyətdir. Elçibəyin elə maraqlı şəxsiyyəti var ki, onun lehinə olanlar da, əleyhinə olanlar da səmimi deyillər”.

S.Cəlaloğlu qeyd edib ki, keçmiş prezidentin anım günü dövlət səviyyəsində qeyd olunmalıdır:

“Elçibəy dövlət səviyyəsində anılmalıdır, özfəaliyyət yetərli deyil. Azərbaycan dövlətçiliyində xidmətləri olan hər kəs dəyərləndirilməlidir”.

Qeyd edək ki, bu gün Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin vəfatından 21 il ötür. Modern.az

Həmçinin oxuyun

Baş Prokurorluq Əli Əliyevlə bağlı məlumat yaydı

Baş Prokurorluq Əli Əliyevə xəbərdarlıq edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Azərbaycan Respublikasının …