Ana səhifə / Siyasət / ”Səni axtarıram”ın qəhrəmanları danışdılar – VİDEO

”Səni axtarıram”ın qəhrəmanları danışdılar – VİDEO

Bir neçə gün əvvəl Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” proqramının ATV telekanalındakı çəkilişləri ilə bağlı qalmaqallı video yayılmışdı.
 
Bu dəfə isə artıq həmin videonun qəhrəmanları özləri ilə bağlı baş verənlərə aydınlıq gətiriblər. Belə ki, efirə xərəkdə çıxarılan Saməddin adlı şəxs və onun bacısı Nəcibə xanım həmin gün baş verənlər barədə danışıblar.
Əslən Goranboy rayonundan olan, 40 il Rusiyada yaşayan Saməddin kişi deyib ki, onun ayaqları hərəkət etmədiyi üçün xərəkdə gətirilib. O, bildirib ki, həmin vaxt durumu uyğun olmadığı üçün efirə xərəkdə çıxarılıb. Verilişin qəhrəmanı ona iynə vurulmadığını, xərəyə bağlanmadığını söyləyib.
Nəcibə xanım isə bildirib ki, qardaşı xəstə olduğu üçün onun efirə xərəkdə çıxarılacağından əvvəlcədən məlumatlı olub və qardaşı efirə məhz onların razılığı ilə xərəkdə çıxarılıb.
Saməddin adlı şəxs və onun bacısı Nəcibə xanımın dediklərini özündə əks etdirən yeni videogörüntüləri təqdim edirik:

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın