Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Siyasət / Şəmsəddin Hacıyev vəzifədən çıxarılmış qudasına vəzifə verdi, Əli Nağıyevin qardaşını isə…

Şəmsəddin Hacıyev vəzifədən çıxarılmış qudasına vəzifə verdi, Əli Nağıyevin qardaşını isə…

Ötən ay Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının 10-cu konfransında uzun və gərgin «əmək»dən sonra təşkilatın sədri postuna təsdiqlənən Dövlət İqtisad Universitetinin sabiq rektoru, deputat Şəmsəddin Hacıyev tədricən planlarını həyata keçirməyə başlayıb.
Bu barədə YAP rayon təşkilatının şura üzvlərindən biri məlumatlandırıb. Onun sözlərinə görə, təşkilatın keçmiş sədri Zahid Qaralovun vəfatından sonra təşkilatın sədr əvəzi vəzifəsini icra etdiyi vaxtdan sabiq rektor nəinki təşkilatda, hətta təşkilatın simasında parlamentə yenidən seçilmək üçün müxtəlif manevrlər edib:
«Bilirsiniz ki, YAP Səbail rayron təşkilatı Bakı rayonlarının içərisində ən çox vəzifəli şəxslərin cəmləşdiyi bir siyasi qurumudur. Burada Prezident Adminstrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevddən tutmuş, ARDNŞ prezidenti Rövnəq Abdullayevə, Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və digər çox nüfuzlu tanınmış şəxslər təmsil olunublar. Bundan əlavə, YAP-ın qurucularından biri olan Əli Nağıyevin doğma qardaşı Muxtar Nağıyev hələ Zahid Qaralovun dövründən təşkilatda sədr müavini postunu tutur. Yəni Şəmsədin Hacıyev bu təşkilat vasitəsiylə müxtəlif qruplaşmalarla təmas yaratmaq imkanı qazanmaqla, həm də buradan trampilin kimi yararlanmaq niyyətini nə qədər gizlətməyə çalışsa da, onun ötən bir ay ərzində atdığı addımlar hansı planı olduğunu təsdiqlədi».
Müsahibimiz deyir ki, hələ rektor olduğu dövrlərdə YAP-ın sədri müavini Əli Əhmədovun tələbə oğluna universitetin müəllimlər üçün tikilən binasında 4 otaqlı mənzil bağışlayan Şəmsəddin Hacıyev məhz bu «xidmət»inin müqabilində təşkilata sədr gətirilib:
«Keçmiş rektor sədr əvəzi olduğu dövrdə təşkitlatın həm idarə heyəti, həm də şura üzvlərinin də arasında «saf-çürük» planı qurdu. Və təsdiqlənən kimi ilk olaraq da idarə heyəti və şura üzvlərindən himayələri zəif olanları «vurdu». Maraqlıdır ki, o, «vurulan»ların yerinə cəmiyyətdə müsbət reputasiyaya sahib olanları gətirmək əvəzinə, İqtisad Universitetinin yeni rektoru Ədalət Muradov tərəfindən vəzifələrindən rüşvət və korrupsiyaya görə qovulanları yuxarı başa keçirdi. Elə qardaşının qudası, İqtisad Universitetinini keçmiş dekanı Müzəffər Məmmədovla rektor olduğu dövrdə keçmiş köməkçisi Zəfər Bayramova YAP-da yaratdığı şərait də belə deməyə əsas verir».
Mənbə bildirir ki, Şəmsəddin Hacıyev Əli Nağıyevin qardaşı Muxtar Nağıyevi də sədr müavini vəzifəsindən azad etmək, onun yerinə isə hələ rektor olduğu dönəmdə xüsusi himayəsinə aldığı YAP-ın universitet üzrə təşkilat sədri Zəfər Bayramovu gətirmək iistəyib:
 
Muxtar Nağıyev
 
«Ancaq keçmiş rektoru başa salıblar ki, bu qədər daha «ağ elmək» olmaz. Eyni zamanda, bu məsələ YAP-dakı məlum qruplaşmanı həddən artıq qəzəbləndirə bilər. Buna görə Şəmsəddin Hacıyev geri çəkilməyə məcbur oldu. O, parlament seçkisi ərəfəsində növbəti qalmaqalın planlarına problem yaradacağından qorxdu. Axı, o, bu təşkiltın simasında 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputat olmaq istəyir. Ona görə də YAP-dakı naxçıvanlılara jest olaraq təşkilatının X konfransında Muxtar Nağıyevin YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini seçilməsi məsələsini qaldırdı. Yəni bununla keçmiş rektor nazir Ziya Məmmədovun qrulaşmasında təmsil olunmasına rəğmən, regionçuluq etmədiyini göstərmək istədi. Ancaq düşünürəm ki, Muxtar Nağıyevin vəzifəsində çox qalmayacaq. Əgər Şəmsəddin Hacıyev yenidən deputat olarsa, o, Əli Nağıyevin qardaşı ilə münasib zamanda yollarını ayıracaq və onu Zəfər Bayramovla əvəzləyəcək».
Məlumatlı şəxs deyir ki, Şəmsəddin Hacıyevin təşkilatda güncə sıxdığı YAP-çılar da boş dayanmaq niyyətində deyillər: «Onlar Şəmsəddin Hacıyevin rüşvət və korrupsiya faktlarını kompromat halına salaraq, əks hücuma hazırlıq görürlər. Yaxın həftələrdə keçmiş rektora qarşı mətbuatda və hakim dairələrdə güclü kampaniya başlasa, buna təəccüblənmək mümkün olmayacaq. Onun Əli Əhmədovun oğluna mənzil bağışlamasından tutmuş, qardaşının qudası Müzəffər Məmmədovla birlikdə universitetin Dağıstan filialı vasitəsiylə apardıqları qanunsuz tələbə qəbulları haqda ilginc faktlar var. Bunların hər biri isə keçmiş rektorun siyasi karyerasını bitirəcək, YAP-ın isə nüfuzuna öldürücü zərbə vuracaq məsələlərdir». 
Mənbə Hacıyevin təşkilatın qadınlar şurasının yeni sədri ilə yanaşı, Zəfər Bayramova niyə bu qədər güvənməsi haqda da olduqca ilginc faktlardan söz açıb. Cəmiyyətlə şok yaradacaq bu və ya digər sensasion faktlarla bağlı araşdırmanı növbəti sayımızda oxuya bilərsiniz!.
“Reytinq” qəzeti

Həmçinin oxuyun

Müdafiə naziri Stanislav Zasla görüşüb

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav …

Bir cavab yazın