Bazar ertəsi , Mart 8 2021
Ana səhifə / Siyasət / Səməd Seyidov: Məqsədləri “damarımıza basmaq”

Səməd Seyidov: Məqsədləri “damarımıza basmaq”

Ermənistan Xankəndidə “ordu” yığmağa başlayıb. Bunu hətta rus mətbuatı da yazıb. Yəni Kreml də düşmənlərimizin “dəcəlliklərini” etiraf edir. Doğrudan da, özlərini lap nadinc uşaq kimi aparırlar. Görün, bu, artıq neçənci təxribatdır. Gah heykəl ucaltdılar, gah rus dilini “dövlət dili” elan etdilər, gah da “dirçəliş” günü keçirdilər. Bu da növbəti həngamə imiş…Onların özlərini nadinc uşaq kimi apardıqlarını nəzərə alsaq, deməli, “küncə qoyulmaq” vaxtları çoxdan çatıb. Yoxsa, belə siyasi oyunların ardı-arası kəsilməyəcək.

AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov bu barədə “Sherg.az”a danışarkən rəsmi İrəvanın məqsədini açıqladı: “Belə təxribat xarakterli addımlar erməni və rus mətbuatında dərc olunur. Xüsusilə, ermənilərin təsiri altındakı rus KİV-i analoji xəbərləri tirajlayır. Əlbəttə, belə təşəbbüsləri revanşist qüvvələrin fəallaşması kimi qiymətləndirə bilərik. Onlar məğlubiyyətlə barışmaq istəmirlər. Məqsədləri “damarımıza basmaq” və guya mövcudluqlarını göstərməkdir. Lakin bilməlidirlər ki, qeyri-obyektiv, xüsusilə bizi qıcıqlandıracaq xəbərlər yaymaqla ancaq öz vəziyyətlərini daha da kritikləşdirirlər”.

S.Seyidov, həmçinin Ermənistan daxilindəki vəziyyətdən də danışdı:

“Etirazçılar hakimiyyəti dəyişdirmək istəyirlər. Əlbəttə, “Artsax” yoxdur. Sadəcə narazı qüvvələr virtual “Artsax” yaratmaqla öz siyasi məqsədlərinə çatmağı arzulayırlar. İkinci bir tərəfdən isə beynəlxalq aləmdəki olan-qalan mövqelərini itirməmək barədə düşünürlər.

Və həm də “Bəlkə, qaytardılar” fəlsəfinə söykənirlər.

Bizə nəsə edə bilməyəcəklərini özləri də yaxşı bilirlər. Lakin bununla daxildə hansısa siyasi məqsədlərə çatmaq mümkündür”.

Həmçinin oxuyun

“Laçın dəhlizinin Ermənistan-Azərbaycan sərhədinə baxan ağzını bağlamalıyıq”

Rusiya sülhməramlılarının vaxtaşırı sərgilədiyi davranışlar Azərbaycan ictimaiyyəti tərəfindən narazlıqla qarşılanır. Növbəti dəfə sülhməramlı kontingentin hərbçilərinin …