Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Siyasət / Səkkiz rayonda qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanaları bağlanıb

Səkkiz rayonda qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanaları bağlanıb

2015-ci ildə Azərbaycanın 8 rayonunda qanunsuz yaradılmış qum-çınqıl karxanaları bağlanıb.
APA-nın məlumatına görə, bu, Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir” başlıqlı hesabat xarakterli məqaləsində əksini tapıb.
Məqalədə qeyd edilib ki, Prezident Administrasiyasına bəzi müraciətlərdə toxunulan məsələlər başqa sahələr və regionlar üçün də səciyyəvi olduqda, belə müraciətlər nəzarət qaydasında digər qurumlarda da araşdırılır: “Məsələn, Quba sakini İ.Qasımovun rayondakı qum-çınqıl karxanalarının törətdiyi fəsadlar barədə müraciəti digər rayonlar üçün də səciyyəvi olduğuna görə bu məsələ aidiyyəti orqanlar tərəfindən Goranboy, Göyçay, Xaçmaz, İmişli, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında da araşdırılıb, qanunsuz yaradılmış qum-çınqıl karxanaları və onlar barədə bəzi sərəncamlar ləğv edilib”.

Həmçinin oxuyun

Türkiyə Milli Təhlükəsizlik Şurası Qarabağ bağlı toplantı keçirəcək

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Bu il ilk dəfə keçirilən toplantıya ölkə …

Bir cavab yazın