Ana səhifə / Siyasət / Səhv ayağı kəsən həkim danışdı: “Hadisədir də, başıma gəlib”

Səhv ayağı kəsən həkim danışdı: “Hadisədir də, başıma gəlib”

Bakıda şəkərli diabet xəstəsinin qanqrena olan sol ayağının yerinə sağlam olan sağ ayağını kəsən Angioloji və Mikrocərrahiyyə Mərkəzinin cərrah həkimi Valeh Kərimov onunla bağlı səsləndirilən iddialara münasibət bildirib. Həkim ANS PRESS-ə açıqlamasında 82 yaşlı qadının hər iki ayağının qanqrena olduğunu deyib. Onun sözlərinə görə, xəstənin vəziyyəti çox ağır idi. Həkim səhv etdiyini etiraf edib.

“Hər iki ayaq kəsilməli idi. Vəziyyəti daha pis olan sol ayaq amputasiya olunmalı idi, amma mən sağ ayağı əməliyyat etmişəm. Əməliyyat masası tərsinə quraşdırıldığı üçün mexaniki səhv baş verdi. Uşaqlarını da başa salmışam. Onsuz da iki-üç gün sonra həmin ayaq da kəsilməli idi. Sadəcə bunun geci-tezi var idi.

Övladlarına dedim ki, əsas odur ki, ananız sağdır. Elə xəstəm olub ki, iki ayağı bir həftə müddətində kəsilib. Hadisədir də, başıma gəlib. Bu, hamının başına gələ bilər”.

Şəkərli diabet xəstəsi olan 82 yaşlı Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın bu gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib.

Lakin əməliyyatdan çıxan 82 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı amputasiya edilib.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın