Şənbə , Avqust 24 2019
Ana səhifə / Siyasət / Səhiyyədə növbəti RƏZALƏT – Təcili yardım briqadası xəstəyə saat yarıma yetişdi…

Səhiyyədə növbəti RƏZALƏT – Təcili yardım briqadası xəstəyə saat yarıma yetişdi…

Xəstə qıçın əvəzinə sağlam qıçı kəsməklə Azərbaycan səhiyyəsini dünyada büsbütün rüsvay edən bəlli olaydan sonra bu sahə barədə baş verənlər barədə nə yazılsa və deyilsə də azdır. Bu azmış kimi vəziyyət düzəlmək əvəzinə daha da acınacaqlı hal alır.

Elə gecə saatlarında Moderator.az-la əlaqə saxlayaraq fəryad edən şəhər sakini də bir suala cavab axtarırdı-
Görəsən dövlət başçısının ölkə səhiyyəsində baş verənlərdən müfəssəl məlumatı varmı? Varsa niyə təcili və təxirəsalınmaz addımlar atmır?
Yeri gəlmişkən, adı “təcili və təxirəsalınmaz” olsa da səhiyyənin bu sahəsində də anoloqu olmayan bərbad durum hökm sürür.
Bizə dərdini danışan vətəndaş deyir ki, həyat yoldaşının səhhətində ciddi problem yaşanması və qəflətən halının pisləşməsi səbəbindən axşam saat 21 radələrində təcili yardıma zəng edib və zəng qeydə alınıb. Amma bu zəngdən düz saat yarım sonra təcili yardım briqadası gəlib çıxıb. Birdən oxucular elə zənn edər ki, vətəndaş hansısa ucqarda yaşayır və bu üzdən yolların bərbad olması üzündən ağ xalatlı hippokratçılar çağırışa vaxtında yetişə bilməyiblər. Qətiyyən kimsə belə sadəlöhv düşüncədə olmasın. Çünki təcili yardım məntəqəsi ilə Bakının 9-cu mikrorayon, “Favorit” market yerləşən çoxmərtəbəli binanın arasında çox kiçik bir məsafə var. Amma bu məsafəni qət etmək üçün bu xidmətin cəfakeş əməkdaşlarına nə az – nə çox, düz saat yarım vaxt bəs etməyib.
Gerçəkdən də anoloqu olmayan səhiyyəmizin etibarlı əllərdə olmasının bundan parlaq sübutu ola bilərmi…?

Həmçinin oxuyun

Etibar Məmmədov aktiv siyasətə qayıdır? – AMİP liderinin dünəni, bu günü və perspektivləri

Redaksiyadan: Müstəqilliyimizi elan edəndən bəri Azərbaycanda dondurulmuş bir siyasi mühit mövcuddur. Xarici güclərin dəstəyini alaraq, …

Bir cavab yazın