Bazar , Avqust 18 2019
Ana səhifə / Siyasət / Səhiyyə nazirliyinin dərman oyunu – ənənəvi, ucuz dərmanların yerinə hansılar gələcək?

Səhiyyə nazirliyinin dərman oyunu – ənənəvi, ucuz dərmanların yerinə hansılar gələcək?

Səhiyyə Nazirliyinin son qərarı ilə Azərbaycanda müxtəlif adda olan 844 seriya nömrəli dərmanların dövriyyəsi qadağan edilib.

Heç şübhəsiz və təbii ki, bu qərarı qəbul edərkən də adıçəkilən nazirlik hansısa nəticələrə əsaslanıb, necə deyərlər, əlində müəyyən əsaslandırmalar olub.

Ancaq üstündən saatlar keçməsinə baxmayaraq, çox təəssüflər olsun ki, həmin nazirlik bu qərarın düz-əməlli əsaslandırmasını ortaya qoymayıb, belə demək mümkünsə, hamının indiyə qədər eşitdiyi və təzə olmayan fikirlərlə kifayətlənib.

Xüsusilə, insanların, müxtəlif xəstəliklərdən əziyyət çəkən vətəndaşların daha çox istifadə etdiyi və ucuz qiymətlərə aldığı dərman preparatlarının satışına qadağa qoyulması cəmiyyətdə birmənalı qarşılanmayıb, əksinə, anlaşılmazlığa, çoxlu sualların yaranmasına səbəb olub.

Məsələn, insanların, xüsusən də, ürəklə bağlı narahatçılığı olanların daimi və ən çox istifadə etdiyi validolun satışına qadağa qoyulması çox anlaşılmazdır.

Və yaxud, yodun, vişnevski mazın satışı hansı səbəbdən dayandırılıb və onlar nəylə əvəzlənəcək, qiymətləri ucuz olacaq, olmayacaq, bəlli deyil.

Eyni zamanda, ağrıkəsici kimi əksəriyyət tərəfindən ən çox istifadə olunan analqinin, levomisetinin satışının dayandırılması nə ilə bağlıdır, onun da səbəbi göstərilməyib və sair və ilaxır…

Əgər bu dərmanlar insan səhhəti üçün bu qədər zərərli və ya təhlükəli idisə, onda hörmətli Səhiyyə Nazirliyinin rəhbərliyi, ölkədə dərman satışına məsul olan qurum və şəxslər indiyə qədər hara baxırdı və bunun önləməsi indimi onların yadına düşürdü?

Və ya, əgər həmin dərmanların satışına qadağa qoyulmasının səbəbi xarici ölkələrin, xüsusilə, Rusiya və Türkiyənin istehsalı olmasıdırsa, axı, həmin dərmanlar tək bizdə deyil, elə həmin ölkələrin özlərində satılırdı və ciddi də fəsadlar doğurmurdu. O zaman bu qərarı verən cənablar nəyi əsas gətiriblər?

Həmçinin, məlum devalvasiya ilə bağlı Tarif Şurası tərəfindən dərmanların qiymətinin daha 30 faiz bahalaşdırılmasından sonra nisbətən tez tapılan və ucuz qiymətə olan dərmanların satışının da dayandırılması böyük əksəriyyətin, vətəndaşların heç də yaxşı olmayan maddi durumlarına və səhhətlərinə hansı mənfi təsirlər göstərə biləcəyi Səhiyyə Nazirliyindəkilərin ağlına gəlməyibmi?

Yoxsa, “Əhməd haradadır” filmində işyarıtmaz Zülümovun dediyi kimi, Səhiyyə Nazirliyindəkilər məsələni “birdəfəlik”mi həll etmək istəyiblər?

“Yoldaş Mərdanzadənin əmridir, Zülümov dedi, qurtardı”mı?????

Həmçinin oxuyun

“Hakimiyyəti Heydər Əliyevə yalvarıb verdilər” – Əkrəm Əylisli

“Hərdən danışarlar ki, icra başçıları camaatın başına nə oyunlar açırlar. Başqa hadisələr də eşidirəm. Və …

Bir cavab yazın