Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Səhiyyə Nazirliyindən yoluxucu xəstəliklərlə bağlı açıqlama

Səhiyyə Nazirliyindən yoluxucu xəstəliklərlə bağlı açıqlama

“Azərbaycanda təhlükəli yoluxucu xəstəliklərlə bağlı vəziyyət nəzarət altındadır”.

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova deyib. O bildirib ki, bu gün yoluxucu xəstəliklərlə bağlı kəskin bir hal yoxdur və vəziyyət stabildir.

R. İsmayılovanın sözlərinə görə, ölkədə vəba infeksiyasına qarşı da monitorinqlər aparılır və hələ ki bu infeksiya qeydə alınmayıb: “Monitorinqlər may ayından başlayıb və oktyabrın sonuna kimi davam edəcək. Ötən 1-2 ay ərzində stansiyaya kəskin respirator viruslarla bağlı hər hansı nümunə daxil olmayıb. Virus infeksiyaları üçün hazırda mövsüm deyil. Belə hallar daha çox qış mövsümündə qeydə alınır”.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın