Şənbə , Noyabr 27 2021
Ana səhifə / Siyasət / “Şəhidlərimiz geosiyasi oyunları darmadağın etdilər” – Hikmət Hacıyev

“Şəhidlərimiz geosiyasi oyunları darmadağın etdilər” – Hikmət Hacıyev

“Allah şəhidlərimizə rəhmət eləsin. Onlar qanları və canları ilə “fait accompli” prinsipi ilə işğala əsaslanan status kvonu bizə illər ərzində qəbul etdirməyə yönələn geosiyasi oyunları darmadağın etdilər”.

Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında yazıb.

“Torpaqlarımız işğaldan azad olundu. Qarabağın ürəyi olan Şuşa azad edildi”, – deyə H.Hacıyev bildirib.

Allah şəhidlərimizə rəhmət eləsin. Onlar qanları və canları ilə ‘fait accompli’ prinsipi ilə işğala əsaslanan status kvonu bizə illər ərzində qəbul etdirməyə yönələn geosiyasi oyunları darmadağın etdilər. Torpaqlarımız işğaldan azad olundu. Qarabağın ürəyi olan Şuşa azad edildi.— Hikmet Hajiyev (@HikmetHajiyev) November 10, 2020

Həmçinin oxuyun

Mövlud Çavuşoğlu: “Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına töhfə verəcək”

“İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik Türkmənistana veriləcək”. “Report”un xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri …