Bazar , Avqust 18 2019
Ana səhifə / Siyasət / Şəhidlər xiyabanında özünə villa tikdirib – Qobustanın icra başçısına ittiham

Şəhidlər xiyabanında özünə villa tikdirib – Qobustanın icra başçısına ittiham

Qobustan camaatı susuzluqdan əziyyət çəkdiyi, bir maşın suya 25 manat verdiyi halda rayonun icra başçısı Adil Məmmədovun Cəngidəki fermasındakı mal-qaranın “suda üzməsi” barədə mətbuatda çox yazılıb. İcra başçısı hətta rayonun abadlığı üçün büdcədən ayrılan 370 min manat pulu mənimsəyərək rayondakı idarə rəislərinə hasar çəkdirir. NUH.az-a məlumat verən mənbə bildirdi ki, rayonun Cəngi qəsəbəsində Bakı-Şamaxı yolunun kənarında çəkilmiş 1 kilometr uzunluğunda hasar, icra başçısı Adil Məmmədova 370 min manat xeyir gətirib. Və icra başçısı 1 km uzunluğunda hasarı rayondakı idarələr arasında aşağıdakı qaydada bölüşdürülüb:
1. Təhsil şöbəsi – 200 metr,
2. Mədəniyyət şöbəsi – 200 metr,
3. Dövlət Sosial Müdafiə Fondu – 100 metr,
4. Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzi – 100 metr,
5. Qaz idarəsi – 100 metr,
6. Su idarəsi – 100 metr,
7. Baytarlıq idarəsi – 100 metr,
8. Məşğulluq idarəsi – 100 metr.
Mənbə NUH.az-a onu da bildirdi ki, icra başçısı rayonun şəhidlər xiyabanının üst tərəfində sakinlərin istirahəti üçün nəzərdə tutulmuş parkı ləğv edərək özü üçün 3 mərtəbəli villa tikdirib. Rayondakı idarə rəislərinin hamısı bu tikintiyə pul köçürüb. Mənbəmiz onu da bildirir ki, əgər Maliyyə nazirliyi yoxlama aparsa bu faktlar ortaya çıxar. İcra başçısı rayon ərazisində min hektrala torpaq ələ keçirərək taxıl əkdirir. Adil Məmmədovun rayonun Ərəbqədim, Xilmilli, Poladlı, Cəmcəmli və digər kəndlərində otlaq sahələri var. Rayonun Baytarlıq idarəsinin rəisi ancaq başçının mal-qarasına qulluq edir.
Növbəti yazıda icra başçısının “Polad” şirkəti ilə 400 minlik sövdələşməsindən bəhs edəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

“Hakimiyyəti Heydər Əliyevə yalvarıb verdilər” – Əkrəm Əylisli

“Hərdən danışarlar ki, icra başçıları camaatın başına nə oyunlar açırlar. Başqa hadisələr də eşidirəm. Və …

Bir cavab yazın