Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Siyasət / Şəhidin nişanlısına son sözləri ürək dağladı -“Mən şəhid olsam da üzüyünü çıxarma”

Şəhidin nişanlısına son sözləri ürək dağladı -“Mən şəhid olsam da üzüyünü çıxarma”

Türkiyədə hərbi çevriliş zamanı, şəhid olan Xüsusi Təyinatlı Polis Hakan Yorulmazın nişanlısı, 2 universitet məzunu Gülhan Aygünün açıqlaması ölkə mətbuatının gündəmindən düşmür.
Bir aydan sonra toyları olacaqdı, amma Türkiyədəki baş verən hadisələr H.Yorulmazla nişanlısını əbədi ayırdı.
G.Aygün nişanlısının ölümündən sonra ürək yanğısı ilə çıxış edib:
“Hakanın ən böyük arzusu polis rəisi olmaq idi. Və atasına kiçik bir ev almaq istəyirdi. Onun yarıda qoyduğu nə varsa, hamısını mən tamamlayacağam. O şəhid olan günü onun üçün ad günü tortu bişirmişdim. Yaşadığı evi də bəzəyib ona məktub yazıb evdən çıxdım. Fikirləşirdim ki, bu sürprizi görüb çox xoşbəxt olacaq. Məktubda yazmışdım ki, sən evə gəlmədən bu tortu yeməyəcəm. O tort bizə qismət olmadı…Hakan şəhid olacağını sanki hiss etmişdi. İyulun 15-i mənə 10 dəfə zəng vurdu. Dedi ki, heç vaxt üzüyünü barmağından çıxarma. Axırıncı dəfə danışanda mənə dedi ki, əgər mən şəhid olsam sən nə edəcəksən? Yenidən ailə quracaqsan?
Bizim bütün xəyallarımızı əlimizdən aldılar. Onunla son dəfə danışdıq, mənə dedi ki, partlayış yoxdur hər şey qaydasındadır. Bu söhbətdən sonra ikinci partlayış oldu və o şəhid oldu. Ona sonuncu dəfə mesaj yazdım, amma cavab ala bilmədim…”.(big.az)

Həmçinin oxuyun

Kılıçdaroğlu İlham Əliyevə məktub göndərdi

Türkiyə Respublikasının Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub …

Bir cavab yazın