Çərşənbə axşamı , Noyabr 12 2019
Ana səhifə / Siyasət / Şəhidin nəşinin qaytarılması haqda yeni məlumat

Şəhidin nəşinin qaytarılması haqda yeni məlumat

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası şəhid olmuş Azərbaycan əsgəri Qurbanov Çingiz Salman oğlunun nəşinin qayarılamsı ilə bağlı məlumat yayıb.

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 29 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş Azərbaycan əsgəri Qurbanov Çingiz Salman oğlunun nəşi 5 fevral 2017-ci il tarixdə qarşı tərəfdən alınıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmiş humanitar proses insidentsiz başa çatıb.” – məlumatda deyilir.

Həmçinin oxuyun

İstefa verən Hafiz Paşayev vəzifəsindən azad olunub?

Xəbər verdiyimiz kimi, ADA Universitetinin rektoru Hafiz Paşayev öz ərizəsi ilə Prezident İlham Əliyevə müraciət …

Bir cavab yazın