Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Şəhid zabit Rəşid Mehdiyevin il mərasimi böyük izdihamla müşayiət olundu

Şəhid zabit Rəşid Mehdiyevin il mərasimi böyük izdihamla müşayiət olundu

Bu gün Salyan rayonunun Xalac kəndindəki ata evində aprel döyüşlərində şəhid olmuş baş leytenant Rəşid Mehdiyevin il mərasimi keçirilib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, böyük izdihamla müşayiət olunan mərasimə Rəşid Mehdiyevin xidmət etdiyi hərbi hissəni təmsil edən zabit silahdaşları, rəsmi dövlət qurumlarının təmsilçiləri, Salyan və ətraf rayonların minlərlə sakinləri qatılaraq atası Rövşən Mehdiyevə başsağlığı veriblər.

26 yaşlı baş leytenant Rəşid Mehdiyev ötən ilin aprel ayında Tərtərdə yerləşən təmas xəttində düşmənin təxribat-diversiya cəhdinin qarşısını alarkən şəhid olub.

O, 1990-ci ildə Salyan rayonunun Xalac kəndində anadan olmuşdu. Ailənin yeganə oğlu idi. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirmişdi.

Şəhid zabit ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub.

 

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın