Çərşənbə , Avqust 5 2020
Ana səhifə / Siyasət / Şəhid polkovnikin xanımından vəzifə xəbərlərinə – Reaksiya

Şəhid polkovnikin xanımından vəzifə xəbərlərinə – Reaksiya

Aprel döyüşlərinin şəhidi, polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucovaya “vəzifə verilməsi” barədə yayılan xəbər onun ailəsində ciddi narahatlığa səbəb olub.

Bununla əlaqədar “Qafqazinfo”ya açıqlama verən Sevinc Orucova bu məlumatın niyə aylar sonra mətbuata çıxarıldığını bilmədiyini deyib:

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Gender Siyasəti və Qadın Problemləri Şöbəsində baş məsləhətçi vəzifəsini mən 9 aya yaxındır icra edirəm. Mənə göstərilən diqqətə görə Komitə rəhbərliyinə minnətdaram. Ancaq bu barədə xəbəri belə uzun müddətdən sonra “eksklüziv” kimi ictimaiyyətə təqdim edənlərin hansı məqsəd güddüklərini anlaya bilmirəm. Mən jurnalistlərə şəhid ailələləri ilə bağlı məsələlərə təkcə qayğıkeşliklə deyil, həm də həssaslıqla yanaşmağı tövsiyə edirəm. Çünki bizə aid hər bir yersiz və yanlış məlumat dərhal cəmiyyətdə ciddi əks-səda doğurur, sosial şəbəkələrdə əsassız fikir və mülahizələrlə müşayiət olunan müzakirələrə rəvac verir ki, bu da arzuedilməz haldır”.

Həmçinin oxuyun

Fəzail Ağamalı 14 iyul yürüşündə niyə iştirak etməyib? – VİDEO

“İyul ayının 14-dən 15-ə keçən gecə şəhərin mərkəzində keçirilən yürüş-mitinqdən məkrli qüvvələr istifadə etdilər”.Bu sözləri TV …

Bir cavab yazın