Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Şəhid ailəsinə qarşı düşmənçilik edən məhkəmə hakimi – ŞİKAYƏT VAR

Şəhid ailəsinə qarşı düşmənçilik edən məhkəmə hakimi – ŞİKAYƏT VAR

AccessBankın Cəlilabad filialı…Bu bank haqqında çox yazılıb, çox deyilib…hamısı mənfi mənada…
AccessBankın Cəlilabad filialı…Bu bank haqqında lağlağı videolar bir zamanlar sosial şəbəkələrin gündəmini zəbt edib…
AccessBankın Cəlilabad filialı…Bu bank nəinki dirilərin, hətta ölülərin qənimidir…
AccessBankın Cəlilabad filialı…Azərbaycanda yeganə banklardandır ki, ölünü məhkəməyə verib…
AccessBankın Cəlilabad filialı…Faiz dərəcələrinin imanı, dini olmayan bank…
AccessBankın Cəlilabad filialı…Kasıb cəlilabadları şikəst edən, ev-eşiklərini satdıran, kasıbı bir az da kasıb, varlını bir az da varlı edib, hətta məhkəmə işçilərinə qədər “yol” tapıb sadə vətəndaşları nahaqdan şərləməyi bacaran bank…

AccessBankın Cəlilabad filialı…Bu bank haqqında gələn şikayət məktublarını oxumaq səbr tələb edir…Ki, hansı cəmiyyətdə, hansı zamanda yaşadığımız yadımızdan çıxır…

“Accees Bank müştəriyə 12 min dollar kredit verib. Mənim imza etdiyim məbləğ ödəniləndən sonra həmin şəxsə mənim iştirakım olmadan yenidən pul veriblər.”

Cəlilabad rayon Adnalı kənd sakini Məmmədov Razi Məmmədəli oğlu tərəfindən Miq.az-ın redaksiyasına daxil olmuş şikayət məktubunu oxuyub şoka düşəcəksiniz…Və görəcəksiniz ki, harınlamış bank işçiləri məhkəmə hakimlərini hansı yollarla ələ alıb, Azərbaycan qanunlarına necə hörmətsizlik ediblər…

Hal- hazırda həmin kənddə müəllim işləyən şəhid ailəsi, üç övladından ikisi xəstə olan Razi Məmmədovun qardaşı Məmmədov Ramin Məmmədəli oğlu 2002 ci ildə döyüş tapşırığınıi yerinə yetirərkən şəhid olmuşdur. Şəhid övladlarının dərdi ata və anasının da sağlamlığını əlindən alıb. Bu problemləri azmış kimi AccessBankın Cəlilabad filialı bu ailənin dərdlərinin üstünə bir az da dərd gətirib.

Miq.az-ın redaksiyasına göndərdiyi məktubda Razi Məmmədov yazır: “18mart 2013 cü il tarixdə həmkəndlim Həsənov Elman Güləli oğluna AccessBankın Cəlilabad filialında zamin durmuşam. Bundan sonra Accessbank Həsənov Elman Güləli oğluna mənim iştirakım və imzam olmadan 14 aprel 2014 cü il tarixdə 12000 ABŞ dolları kredit vermişdir. Bu pulun verilməsində iki zamin iştirak etsə də, mənim iştirakım və imzam yoxdur. Accessbankın müqalivəsində “kredit xətti” sözü var bu heç müştəriyə izah olunmayıb. Bu sözlə bank vətəndaşları tora salır.”

İşin gedişində vəkil tutan şikayətçiyə maraqlı olan da niyə məhz məhkəmənin hakimi Mirələm Quliyevin israrla bankı qeyri-qanuni müdafiə etməsidir. Şikayətçinin zaminliyinin əsassız olaraq göstərilməsini Mülki Məcəllənin və Azərbaycan Respublikası Konstitutsiyasının müvafiq maddələri sübut etsə də, nədənsə məhkəmə hakimi bunların heç birisini qəbul etmir.

“Bu məbləğin verildiyi vaxt mənim özümün banklara təxminən 9000 manata yaxın borcum var idi. Aylıq əmək haqqım 278 manat idi.

Accessbank verilən pulların heç bir monitorinqini aparmayıb. Pulun təyinatı üzrə xərclənməməsinə göz yummuşlar. Bank əməkdaşları müştərinin məlumatlarını düzgün təhlil etməyiblər. Ölkənin pul vahidi manat olsa da, bank müştəriyə 27 min ABŞ dolları kredit vermişdir. Verilən pula nəzarət edilməyib. Birinci və ikinci devalivasiyadan sonra Bank müqavilədə iki dəfə dəyişiklik etmişdir. Ümumiyyətlə, mənim xəbərim olmadan müqavilə üç dəfə dəyişdirilib.

Azərbaycan respublikası Mülki Məcəlləsinin 477.0.1 maddəsində yazılır: “Zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir”.

Məhkəmə hakiminin bu maddələrə də əhəmiyyət vermədiyini qeyd edən Razi Məmmədov daha sonra yazır:

“0.78 manata hesablanan dollar kreditini bank bu günkü məzənnə ilə tələb edir. Accessbankın 18.03.2013.müqaviləsində belə fikir yoxdu. Devalivasiyadan sonra xəbərimiz olmadan bağlanan müqavilədə bu məsələ vardır. Bank hüquqşunası və məhkəmə hakiminə etiraz olaraq bunları bildirsəm də, lakin cavab ala bilmədim. Məhkəmə iclasında və bütün proseslərdə məhkəmənin hakimi haqsız olaraq bankı müdafiə edərək onların xeyrinə qərar çıxarıb.”

Miq.az-a daxil olan şikayət məktubunda maraqlı bir məlumat var: “Access Bankın hüquqşünası məhkəmədən qabaq deyirdi ki, həmişə qalıb bizik, özünüzə əziyyət verməyin!

Məhkəmədə pulu götürən deyir ki, Razı müəllim mənə zamin deyil, pulun verilməsində o iştirak etməyib, xəbəri yoxdu. Lakin hakim bunların heç birini qəbul etmir.

Məhkəmədə valideyinlərim- atam və anam da iştirak edirdi. Şəhid valideynləri kimi hər ikisi hakimdən xəstə olduqlarını, mənim zaminliyimin əsassız olduğunu bildirsələr də, hakim bunlara da əhəmiyyət vermədi.

Azərbaycan Mülki Məcəllənin maddələri sübut edir ki, mənim zamin kimi hüquqlarım tapdalanıb və mənim zaminliyimə xitam verilməlidir.

Digər zamin Nuriyev Bəşir Mətləb oğlu da mənim vəziyyətimdədir. Onun da hüquqları mənim hüquqlarım kimi kobud şəkıldə tapdalanıb. Burda Zaminlərə qarşı soyqırım aparılır.

Hər ikimiz kifayət qədər hakimə faktlar desək də, o heç birini nəzərə almadı.

Miq.az-dan: Azərbaycan Respublikası Ədliyyə naziri hörmətli Fikrət Məmmədov cənabları! AccessBankın Cəlilabad filialının FIRILDAĞINI başa düşmək olar…Bəs bu fırıldağın həyata keçrilməsində “əziyyət” çəkən Cəlilabad rayon məhkəməsinin hakimi Mirələm Quliyevi Cəlilabad məhkəməsini QANUNLARIN QƏBİRİSTANLIĞINA çevirməsi sizi təəccübləndirdimi?

Hörmətli Fikrət Məmmədov cənabları! Utanmadan ölüləri belə məhkəməyə verən AccessBankın Cəlilabad filialının qanunlarımızın ali tribunası olan məhkəmələrə “yol tapması”, Quliyev Mirələm Qoçu oğlu kimi məhkəmə hakimlərinin əli ilə şəhid ailəsi Razi Məmmədov kimilərə şər-böhtan atması Azərbaycan qanunlarında varmı?

Hörmətli Fikrət Məmmədov cənabları! Miq.az olaraq AccessBankın Cəlilabad filialının FIRILDAĞINdan təəccüblənməsək də, Cəlilabad Rayon Məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlunun əməllərindən təəccüblənərək təəssüfləndik…Siz də təəccüblənərək təəssüfləndinizmi?

ANONS:

AccessBankın Cəlilabad filialının qanunlarımız necə ayaqlar altına atılır?
Məhkəmələr bankların oyuncağına necə çevrilib?
Şəhid ailəsinə hörmətsizlik hardan qaynaqlanır?
AccessBankın Cəlilabad filialının özbaşınalığından PREZİDƏNTƏ şikayət.
Cəlilabad rayon məhkəməsinin şəhid ailəsinə qarşı hörmətsizliyindən Ali Baş Komandan cənab İlham Əliyevə məktub…
Bütün bunları Miq.az-dan oxuya bilərsiniz…

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın