Şənbə , Yanvar 29 2022
Ana səhifə / Siyasət / Səfirlik Qazaxıstandakı azərbaycanlılara çağırış etdi

Səfirlik Qazaxıstandakı azərbaycanlılara çağırış etdi

Qazaxıstanda etiraz aksiyaları zamanı Azərbaycan vətəndaşlarının xəsarət alması ilə bağlı səfirliyə heç bir müraciət daxil olmayıb.
Bu məlumatı Azərbaycanın Qazaxıstandakı səfirliyi yayıb. Diplomatik nümayəndəliyin məlumatında qeyd olunur ki, Qazaxıstanın üç şəhərində – Almatı, Aktau, Aktobedə vəziyyət hələ də gərgindir. Paytaxt Nur-Sultanda isə etiraz və mitinqlər yoxdur, vəziyyət sabitdir.

Səfirlik Qazaxıstanda yaşayan Azərbaycan vətəndaşlarına insanların sıx toplaşdığı yerlərdən uzaq durmağı, evlərində qalmalarını və bütün zəruri ehtiyat tədbirlərinə riayət etməyi tövsiyə edib. Diplomatik nümayəndəlikdən bildirilib ki, mövcud vəziyyət Qazaxıstandakı Azərbaycan diasporunun rəhbərliyi ilə də müzakirə edilib.

Həmçinin oxuyun

Azərbaycanda partiya rəhbəri YAP-ın rayon təşkilatının sədri oldu (FOTO)

Şamaxı rayon İcra Hakimiyyəti başçısının sabiq 1-ci müavini Qasım Qasımova vəzifə verilib.  Qaynarinfo-nun əldə etdiyi məlumata …