Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Siyasət / Səfirlik Moskvada erməni təxribatının qarşısını aldı

Səfirlik Moskvada erməni təxribatının qarşısını aldı

Azərbaycanın Rusiyadakı səfirliyi Moskva Dövlət Universitetində (MDU) erməni təxribatının qarşısını alıb.

Səfirlikdən bildirilib ki, son günlər sosial şəbəkələrdə MDU-nun Erməni Tələbələr Assosiasiyasının mayın 7-də “Qarabağ müharibəsi qurbanları” ilə görüş keçirəcəyi haqında məlumat yayılıb.

Həmin məlumatlarda MDU-nun tədbirin tərəfdaşı olması göstərilib. Səfirlik məsələ ilə bağlı MDU rəhbərliyinə müraciət edib. Universitetdən verilən cavabda ali məktəbin bu tədbirlə birmənalı olaraq heç bir əlaqəsinin olmadığı bildirilib. 

Həmçinin vurğulanıb ki, bu cür tədbirlərin MDU daxilində keçirilməsi qəbuledilməzdir. Eyni zamanda səfirliyin bununla bağlı narahatlığını nəzərə alan universitet rəhbərliyi tədbirin təşkilatçıları ilə görüş keçirib, nəticədə tədbirlə bağlı sosial şəbəkələrdə yerləşdirilmiş məlumat silinib. 

Həmçinin oxuyun

Hikmət Hacıyevdən atəşkəslə bağlı daha bir açıqlama

Ermənistan baş naziri humanitar atəşkəs rejiminə riayət etmək barədə 08.00 radələrində Ermənistanın atəşkəsə riayət etməsi …