Ana səhifə / Siyasət / Səfirlik əməkdaşlarının təxliyəsi başa çatdı

Səfirlik əməkdaşlarının təxliyəsi başa çatdı

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi başa çatıb.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“29 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının, onların ailə üzvlərinin, səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində yaralanmış həmkarlarımızın təxliyəsi başa çatıb. Allah şəhidimiz Orxan Əsgərova rəhmət eləsin!”, – XİN-in “Twitter” paylaşımında bildirilir.

Qeyd edək ki, səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb.

Həmçinin oxuyun

Misir prezidenti İlham Əliyevə zəng etdi

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi martın 23-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.Bu barədə …