Bazar ertəsi , Avqust 2 2021
Ana səhifə / Siyasət / Səfir:”Azərbaycanda 4 mindən çox Türkiyə vətəndaşı səsvermə hüququna malikdir”

Səfir:”Azərbaycanda 4 mindən çox Türkiyə vətəndaşı səsvermə hüququna malikdir”

Azərbaycanda 4500 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.

Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bildirib.

Səfir qeyd edib ki , Azərbaycanda yaşayan Türkiyə vətəndaşları iyunun 17-də keçiriləcək parlament və prezident seçkilərində səs verəcəklər. Onun sözlərinə görə, hazırda Türkiyədə keçiriləcək parlament və prezident seçkilərinə ciddi hazırlıq işləri davam etdirilir:

“Bildiyiniz kimi, Türkiyədə keçiriləcək prezident seçkilərində artıq namizdələrin adları məlumdur. Önümüzdəki həftə isə parlament seçiklərində iştirak edəcək namizədlərin adları açıqlanacaq”.

Qeyd edək ki, Türkiyədə iyunun 24-də növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 11 siyasi partiya qatılacaq.

Həmçinin oxuyun

“Rusiya siyasətində tərbiyəsizliyi ilə tanınan bir partiya rəhbəri var”

“Dünya siyasət tarixində xarakter etibarı ilə qəribə, bəzən də təəccüb doğran siyasi fiqurlar olub, amma …