Şənbə , Yanvar 23 2021
Ana səhifə / Siyasət / Səfir Qross: “Fransa Azərbaycanın da dostudur”

Səfir Qross: “Fransa Azərbaycanın da dostudur”

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zaxari Qross Azərbaycan xalqını təbrik edib.

APA-nın Fransanın Azərbaycandakı səfirliyinin saytına istinadən verdiyi məlumata görə, təbrikdə deyilir: “2020-ci il dünyanın, xüsusilə yaxınlarını itirmiş və ya özləri COVID-19-dan əziyyət çəkən, işlərini və ya pandemiyaya səbəbindən gəlirlərini itirən əksər insanlar üçün asan il olmadı.

Avropa buna baxmayaraq, daha çox ehtiyacı olanlara kömək və müdafiə etmək üçün 750 milyard dollarlıq iqtisadi inkişaf planı qəbul edərək çağırışa cavab verə bildi. Azərbaycan da sürətli və əhəmiyyətli səylər göstərmişdir. Avropa İttifaqı həmrəylik nümayiş etdirdi və bir neçə milyon avro dəyərində təcili tibbi və humanitar yardım göstərdi.

İndi isə əsas odur ki, bütün ölkələr əhalinin ehtiyacını ödəmək üçün tez bir zamanda peyvəndlər əldə etsinlər. BMT və ÜST Baş Katibi tərəfindən irəli sürülmüş, Fransa və Avropa komissiyasının dəstəyi ilə başladılan beynəlxalq ACT-A (Access to Covid19 tools) təşəbbüsün məqsədi də budur.

Qafqaz Azərbaycan və Ermənistanın toqquşduğu, bir neçə min insanın ölümü ilə nəticələnən bir müharibə yaşadı. Onların ailələri qarşısında və sükut içərisində əziyyət çəkən yaxınları qarşısında baş əyirəm.

Çoxu Ermənistanla dostluq əlaqələrinə görə Fransaya irad tutdu. Lakin mən yaxşı məlumdur ki, Fransa, həmçinin, Azərbaycanın da dostudur. Hər ikisi bir araya sığışa bilər. Və milliyyətindən asılı olmayaraq, bütün həlak olanlara qarşı mərhəmətini ifadə edən fransızların ürək sözlərindən və könüllü şəkildə Bakının 1 saylı xəstəxanasında yaralıların müalicəsi üçün könüllü çalışan fransız cərrahların səylərindən mütəəssir oldum.

Fransa Qafqazın sabitliyinə və çiçəklənməsinə, eyni zamanda bölgə dövlətlərinin müstəqilliyinə və ərazi bütövlüyünə dərindən qayğı göstərir. Bu səbəbdən də 9 noyabrda hərbi əməliyyatların dayandırılmasını alqışladı.

İndi hər zamankından daha yaxşı gələcəyimizi qurmaq üçün nifrət sözlərini aradan qaldıraraq və əməkdaşlıq imkanlarını axtararaq sülh üçün çalışmalıyıq. ATƏT-in Minsk Qrupunun həmsədrliyi Azərbaycan və Ermənistanla fəaliyyətinə davam edir, çünki uzunmüddətli və tam həll, dinc yanaşı yaşamağa imkan vermək üçün bir çox sual yaranmaqda davam edəcək.

İlin sonuna yaxınlaşdıqda dünyadakı bütün xalqlar kimi, azərbaycanlılar və fransızlar karantini evlərində keçirirlər. Mütaliə, düşüncə, sosial şəbəkələrin imkan verdiyi dialoqla və rəqəmsal dünya, mədəniyyətə çıxış sayəsində azadlıq məkanlarımızı inkişaf etdirərək rahatlıq tapa bilərik.

Hamını 2021-ci ili səhiyyə, həm də azadlığa və qarşılıqlı anlaşmaya həsr etməyi arzu edirəm”.

Həmçinin oxuyun

Lavrov Qarabağdakı sülhməramlılara status istəyir – ŞƏRH

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Qarabağdakı sülhməramlıların statusunun dəqiqləşdirilməsi istiqamətində iş aparıldığını söyləyib. XİN …