Bazar ertəsi , May 27 2024
Ana səhifə / Siyasət / Səfir: “Hazırda Londonda olan Azərbaycan diplomatları təhlükə altındadır“

Səfir: “Hazırda Londonda olan Azərbaycan diplomatları təhlükə altındadır“

“Londonda yerləşən radikalların səfirliyə hücumu qəbuledilməz və barbarcadır”.

Bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov tviterdə yazıb:

“Bu, diplomatik binaların toxunulmazlığı prinsipini birbaşa pozulmasıdır. Hazırda Bakıdayam və həmkarlarımızın təhlükəsizliyinə olan təhdidlərə baxmayaraq, salamat olduqlarını görməkdən məmnunam”.

Səfir tviterdə daha sonra bunları yazıb: “Vətəndaşlarımızın, o cümlədən səfirlik əməkdaşlarının təhlükəsizlik və mühafizəsi bizim əsas prioritetimizdir! Hazırda Londonda olan Azərbaycan diplomatları təzyiq və təhlükə altında olsa da, işlərini davam etdirirlər”, – səfir qeyd edib.

Həmçinin oxuyun

Zelenski İlham Əliyevi Sülh Sammitinə dəvət etdi

Ukraynanın Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: …