Bazar ertəsi , İyun 27 2022
Ana səhifə / Siyasət / Səfir Elmira Axundovanın Heydər Əliyevlə bağlı yalanı üzə çıxdı – VİDEO

Səfir Elmira Axundovanın Heydər Əliyevlə bağlı yalanı üzə çıxdı – VİDEO

Keçmiş deputat, Ukraynadakı səfirimiz Elmira Axundova bütün fəaliyyəti boyunca ulu öndər Heydər Əliyevə sadiq olduğunu iddia edib, hətta müsahibələrində və çıxışlarında bildirir ki, 90-cı illərdə hər kəs Heydər Əliyevə salam verməyə qorxanda, o, daim ümumilli liderin yanında olub. Əslində onun karyerası da “minnətə bənzəyən” bu iddialarının üzərində qurulub və həmişə qapıların üzünə açılması üçün ulu öndərin adından sui-istifadə edib. Palaz-palaz kitablar, məqalələlər yazıb, daha sonra Prezident İlham Əliyevlə bağlı da kitab, məqalə yazıb və gördüyü işdən çox reklamını aparıb.

Mərhum akademik Cəlal Əliyevin sağlığında verdiyi və sosial şəbəkələrdə yeni yayımlanan müsahibəsində dedikləri isə Elmira Axundovanın ulu öndər Heydər Əliyevə heç də iddia etdiyi kimi dəstək vermədiyini, sadəcə olaraq, özünü “dəstək verən kimi” göstərərək, xal qazandığını sübut edir.

Eyni zamanda, Elmira Axundovanın iddialarını da de-şifrə edir. Elmira Axundovanın əsas iddialarından biri budur ki, Heydər Əliyev Moskvadan Bakıya gələndə hava limanında onu qarşılayıb.

Cəlal Əliyev isə Elmira Axundovanın yalan danışdığını dəqiq faktlarla deyir. Bildirir ki, Heydər Əliyevi hava limanında o və Rəfael Allahverdiyev qarşılayıb.

“Aeroportda təxribatçı qruplar var idi. Heydər Əliyev təyyarədən enən kimi maşına mindirdik. Maşında Heydər Əliyev, mən, Rəfael Allahverdiyev və Adil adlı sürücü var idi. Yolda qarşımızı kəsmyə çalışsalar da, planları baş tutmadı. Evə gəldik. Sabah Heydər Əliyev Şəhidlər Xiyabanına getdi, daha sonra Naxçıvana getdik”, – Cəlal Əliyev deyir və bildirir ki, Elmira Axundova kimi avanturistlər, fırıldaqçılar, minsifətlilər sonradan ortaya çıxıb “Heydər Əliyevi qarşıladıqlarını, dəstək verdiklərini” iddia edirlər.

Cəlal Əliyev Elmira Axundovanın yazdıqlarının yalan olduğunu deyir:

“Elmiranın yazdıqları yalandır. Sən hava limanına gəlmişdinsə, niyə bir gün sonra Şəhidlər Xiyabanında Heydər Əliyevi müşaiyyət etmədin? Fırıldaqçıdırlar. Heydər Əliyevi yalnız üç nəfər qarşılayıb, mən, Adil adlı sürücü və Rəfael Allahverdiyev”.

Videomüsahibədən də göründüyü kimi, Elmira Axundova ulu öndər Heydər Əliyevə dəstək verdiyi haqda Cəlal Əliyevin də təsdiqlədiyi kimi böyük yalan danışır.Demokrtar.az

Həmçinin oxuyun

Bakıda Azərbaycan-Türkiyə-Qazaxıstan nazirləri üçtərəfli iclas keçirəcək

İyunun 27-də Bakıda Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Bu barədə Türkiyə …