Ana səhifə / Siyasət / Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi işdən çıxdı – YENİLƏNİB

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi işdən çıxdı – YENİLƏNİB

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nurəddin Heydərov işdən çıxıb. Modern.az xəbər verir ki, bu barədə N.Heydərovun özü Facebookda bildirib:

“Hər son yeni bir başlanğıcdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində fəaliyyətim sona çatdı. Bu müddətdə Xidmətə media dəstəyi verən bütün həmkarlara təşəkkür edirəm. Ötən müddət mənim üçün böyük təcrübə oldu və çox dəyərli insanları tanıdım. Həmkarlarla işimiz yeni layihədə davam edəcək”-deyə N.Heydərov bildirib.

Qeyd edək ki, Nurəddin Heydərov 1998-ci ildən mətbuatdadır. 2002-ci ildən 2010-cu ilə kimi “Kaspi” qəzetinin baş redaktoru işləyib.

***

“Yaxın günlərdə yeni işimlə əlaqədar açıqlama verəcəm”. Bunu Modern.az-a açıqlamasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəisi Nurəddin Heydərov deyib. O qeyd edib ki, yeni işi də mətbuatla bağlı olacaq.
“Deməzdim ki, mediadan uzaqlaşmışam. Yeni işim də media ilə bağlıdır. Lakin bu haqda indi tam açıqlama verə bilməyəcəm. Yaxın günlərdə bu haqda ətraflı məlumat verəcəm”. N.Heydərov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən öz istəyilə ayrıldığını bildirib.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın