Cümə , İyun 21 2019
Ana səhifə / Siyasət / Səfər Mehdiyev İsveçrə Konfederasiyasının səfiri ilə görüşüb

Səfər Mehdiyev İsveçrə Konfederasiyasının səfiri ilə görüşüb

Bu gün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Ştalder ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Səfər Mehdiyev Azərbaycanla İsveçrə arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edib, Azərbaycan Prezidentinin bu əlaqələrin genişlənməsinə önəm verdiyini vurğulayıb.

DGK sədri ikitərəfli münasibətlərin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib, hər iki ölkənin gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

Hazırda gömrük sistemində bütün ödənişlərin 100 faiz elektron qaydada həyata keçirildiyini diqqətə çatdıran Səfər Mehdiyev, onu da bildirib ki, bu ödənişlərin yalnız 30%-i gömrük orqanları və ya gömrük təmsilçiləri vasitəsilə bəyan olunur, qalan 70%-i isə iş adamlarının ofisindən və ya evdən həyata keçirilir.

Filip Ştalder son zamanlar Azərbaycan gömrüyündə əldə edilən nailiyyətlərin onda böyük təəssürat yaratdığını, həmçinin Azərbaycanda fəaliyyət göstərən isveçrəli iş adamlarının gömrük xidmətindəki yeniliklərdən razı qaldıqlarını və bu sahədə şikayətlərinin olmadığını söyləyib. Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Bakı şəhərində yerləşən Avropa Regional Ofisinə isveçrəli mütəxəssis Roger Hermanın rəhbərlik etməsini də məmnunluqla dilə gətirən diplomat, eləcə də iki ölkənin gömrük orqanları arasında əlaqələrin gələcək perspektivlərindən bəhs edib.

Həmçinin oxuyun

ABŞ Qarabağ siyasətini dəyişir – DEPUTAT

Əslində Amerika sülh danışıqlarının təşəbbüsünü üzərinə götürüb. Yəni digər tərəflərin münaqişənin həllini öz üzərinə götürmək, …