Şənbə , Dekabr 15 2018
Ana səhifə / Siyasət / Səddam Hüseyni sevdirən səbəblər… – ARAŞDIRMA

Səddam Hüseyni sevdirən səbəblər… – ARAŞDIRMA

Dünyada gəlmiş-keçmiş ən qəddar diktatorların, zorakı qatillərin belə nə zamansa fanatları ortaya çıxır. Acı da olsa bu bir reallıqdır. Ancaq mövzu siyasi liderlər, dövlət başçıları olarsa, vəziyyət bir az da dramatikləşir. Bu mövzuda uzun siyahı tərtib edib misallar qeyd eləmək olar.

Əlbəttə, zalım da olsa ideya adamı, bəlli bir siyasi ideologiyanın liderlərinə hər zaman simpatiya olub. Hətta öz xalqları olmasa belə. Məsələn, Hitler, Stalin və digər diktatura rejimlərinin liderləri, milyonlarla insanın ölümündə ittiham olunan şəxslərin bu gün də çoxsaylı tərəfdarları var. Amma elə liderlər də var ki, onların hakimiyyətləri sadəcə öz ölkələrinin sərhədlərindən kənara çıxmasalar da dünyada çoxlu sayda tərəfdarları var.

Belə şəxslərdən biri də İraq diktatoru Səddam Hüseyndir. S.Hüseyn bəlli bir siyasi ideologiyanın lideri olmasa da, Azərbaycan da daxil olmaqla dünyanın bir çox ölkələrində hələ də simpatizanları, pərəstişkarları qalır. Xüsusən də “Körfəz müharibəsi”ndən sonra populyarlaşan, dünya mediasının gündəmində olan Səddam bir çox adını bir çox valideyn övladlarına verdi.

saddam hüseyin ile ilgili görsel sonucu

Bunun isə bir neçə səbəbləri var. İlk növbədə sovet təbliğatının böyük gücü. Səddam Hüseyn İranla 8 il davam edən müharibədən dərhal sonra, 1990-cı ildə qəflətən Küveytə hücum etdi. Küveyt körfəzin əsas neft ixrac edən ölkələrindən biri, xeyli zəngin bir ölkə idi. Həmin vaxt isə Səddam Hüseyn ağır İran müharibəsindən sonra xeyli zəifləmiş, bəzi iddialara görə 800 milyard dollara çatan xarici borcu yaranmışdı. Ancaq Səddamın Küveyt avantürası əks reaksiya doğurdu. İranla müharibədə Səddam Hüseynə dəstək verən Qərb ölkələri onun Küveyti işğalına sərt reaksiya verdilər.

1991-ci ilin 17 yanvarında 32 dövlətdən ibarət hərbi koalisiya İraqa müharibə elan etdi. “Səhrada fırtına” əməliyyatı bir ay davam etdi. İraq ordusu ABŞ koalisiyası qarşısında davam gətirə bilmədi. Bunun əvəzində İraq faktiki olaraq İraqın mühasirəyə alınması, şimalda uçuşa yasaq bölgənin qurulması ilə Səddamın əl-qolunun bağlanması idi.

Məhz bu dövrdə Qərbin düşməninə çevrilən Səddam Hüseyn SSRİ ərazisində, eləcə də dünyadakı Qərb əleyhdarlarının haradasa bir qəhrəmanına çevrildi. Baxmayaraq ki, İraq diktatoru 10 ildə iki müharibə etmişdi, Küveyt kimi müttəfiq və dost ölkəni işğal etmişdi. Amma buna baxmayaraq S.Hüseyn artıq Qərbə qarşı savaşan bir qəhrəmana çevrilmişdi. Bu, əfqan müharibəsindən sonra hərbi-siyasi və ideoloji kontekstdə sonuncu ABŞ-SSRİ qarşıdruması idi. Bu savaşda Səddam məğlub oldu, ancaq İraqın tamamilə işğal olunması 12 ildən sonra oğul Corc Buşun prezidentliyi dövründə baş verdi.

İraqın sol millətçi Bəəs Partiyasından çıxmış, bir neçə müharibəyə səbəb olmuş, ölkə daxilində kürd və şiə üsyanlarını amansızcasına yatırmış və bu zaman günahsız insanların ölümünə səbəb olmuş Səddam Hüseyn məhz buna görə edam cəzası alıb.

Əsl adı Səddam Hüseyn Əbdülməcid ət-Tikriti olan və dünyada daha çox Səddam Hüseyn kimi tanınan gələcək İraq prezidenti 1937-ci il aprelin 28-də İraqın mərkəzində, Bağdad şəhərindən şimalda yerləşən Tikrit şəhəri yaxınlığında əl-Əcva kəndində anadan olub. Kiçik yaşlarında ailəsinin çox kasıb olması səbəbilə hərbçi olan dayısı Xeyrullahın himayəsinə verilib. Ancaq dayısı həbs olunduqdan sonra ailəsinin yanına qayıdıb. Məhrumiyyətli uşaqlığı olub, yazı oxumağı 9-10 yaşlarına öyrənib. 1956-cı ildə Hərbi Akademiyaya girmək istəsə də, uğursuz olub. 1957-ci ildə siyasətə atılıb və o zaman sürətlə parlayan ərəb sosialist millətçi partiyası Bəəs Partiyasinin üzvü olub. Ancaq 1959-cı ildə bir il əvvəl çevrilişlə hakimiyyətə gələrək respublika quran Əbdülkərim Qasimə qarşı sui-qəsdin təşkilində iştirak edib. Ancaq sui-qəsd uğursuz olub və Səddam əvvəlcə Suriyaya.

saddam hüseyin ile ilgili görsel sonucu

Oradan da Misirə qaçıb. Həmin vaxt Misir və Suriyada yeni qüvvələr, Suriyada artıq Bəəs Partiyası, Misirdə isə Nasirin rəhbərli etdiyi “Azad zabitlər” Hərəkatı hakimiyyətdə idi. Səddam Hüseyn 1963-cü ilə qədər Misirdə qalır və burada Qahirə Universitetində hüquq təhsili alır. 1963-cü ildə İraqa qayıdıb və dayısı qızı Sacidə Talfa ilə ailə qurub. Ancaq elə həmin il İraq prezidenti marşal Əbdüssəlam Arifə qarşı sui-qəsddə iştirak etdiyi üçün həbs olunub. Lakin 1967-ci ildə həbsxanadan qaçıb və artıq Bəəs Partiyasının liderləri sırasına daxil olub.

saddam hüseyin ile ilgili görsel sonucu

1969-cu ildə Səddam Hüseyn İraq İnqilab Komandanlığı Şurasının sədr müavini seçilib. Və yaxın qohumu olan dövlət başçısı Əhməd Həsən əl-Bəkirin iqtidarı dövründə ölkədə faktiki olaraq hakim-mütləqə çevrilib. 1979-cu ildə isə Əhməd Həsən əl-Bəkir “səhhəti” ilə əlaqədar olaraq hakimiyyətdən çəkilir və Səddam Hüseyninin İraqda dövlət idarəçiliyini tamamilə əlinə keçirib.

saddam hüseyin ile ilgili görsel sonucu

Səddam Hüseynin 23 il davam edən hakimiyyəti dövründə İraq fəlakət və qan gölündə üzdü. Əvvəlcə İrana qarşı ərazi mübahisəsini əsas gətirərək hücum edir. 8 il (1980-88-ci illər – K.R.) İran İraq müharibəsi hər iki tərəf üçün ağır itkilər, dağıntı və fəlakətlərlə yadda qaldı. 1988-ci ildə İranla İraq arasında sülh imzalanır və iki il sonra 1990-cı ilin avqustunda Səddam Hüseyn bu dəfə də ərazi mübahisələrini əsas gətirərək Küveytə hücum edir. “Shrada Fırtına” əməliyyatı Səddam Hüseynin biabırçı məğlubiyyəti ilə bitir və İraqa neft embarqosu tətbiq olunur, şimal və cənubda hava məkanı uçuşlar üçün qapadılır.

2003-cü il martın 17-də ABŞ və Britaniya İraq lideri Səddam Hüseynə təslim olması üçün 48 saat vaxt verdi. Verilən vaxt tamam olduqda isə ABŞ və Britaniya ordusunun (ümumilikdə 400 min nəfər yaxın hərbçi – K.R.) rəhbərlik etdiyi 15 ölkədən ibarət koalisiya İraqa hücum etdi.

İşğaldan əvvəl ABŞ aviasiyası İraq səmasında əhaliyə xəbərdarlıq elanlar atılıb, ardınca isə bombardmanlar başlayıb. İlk olaraq Bağdad və İraq ordusuna məxsus mərkəzlər aviasiya və raket atəşinə tutulub. Müttəfiq aviasiyası 1700 uçuş həyata keçirib, 504 ədəd “Cruise” raketi atılıb.

Hücumun zərbəsi kəskin idi, Körfəz müharibəsndən sonra faktiki olaraq əl-qolu bağlanmış Səddam Hüseyn ordusu 3 həftə tab gətirə bildi. 20 gündən sonra aprelin 9-da artıq ABŞ tankların Bağdadın mərkəzində idi. Səddam qaçmış, onun hökuməti dağılmışdı. Mayın 1-də ABŞ prezidenti Corc Buş müharibənin başa çatdığını elan etdi. Ancaq işğal başa çatmışdı, amerikalılar isə 2011-ci il dekabrın 15-dək rəsmən İraqda qalaraq savaşı davam etdirdilər. Amma İraqda hələ də sabitlik və əmin-amanlıq yoxdur. Müharibə hər iki tərəfə baha başa gəlsə də, iraqlılar üçün böyük faciə oldu.

Ä°lgili resim

Vaşinqton Səddam Hüseyni terrorçuları himayə etməkdə və gizli şəkildə nüvə silahına sahib olmaqda ittiham etsə də, bu iddialar sonradan təsdiqini tapmadı. İraqda nüvə silahı tapılmadı. Bunun əvəzində isə İraqın neft ehtiyatlarına görə və eləcə də radikal xristian qrupların İraq savaşında dini mahiyyət “axtarışları” kimi məlumatlar da ortada “dolaşmağa başladı”. 11 sentyabr və ardınca başlayan antiterror müharibələrinin kölgəsində İraq işğalını legitimləşdirmək Vaşinqton üçün elə də çətin olmadı. Əslində isə Buş administrasiyası buna ehtiyac görmədi belə. BMT-dən kənar alınan qərarla ABŞ və Britaniya İraqı işğal etdilər. Ancaq bu savaş ABŞ-a da ucuza başa gəlmədi. Buşun “xərcsiz” adlandırdığı müharibə Amerikaya 2,2 trilyon dollara başa gəldi, bu gün də davam edən terror müharibələrini nəzərə alsaq xərclər artmaqda davam edir.

İraq müharibəsinin itkiləri ilə bağlı fərqli rəqəmlər söylənilir. Amerika mərkəzli araşdırma qurumu 10 illik savaş dövründə 122 min iraqlının öldüyünü, 135 min nəfərin isə yaralandığını açıqlayıb. Ancaq müstəqil araşdırma mərkəzləri 600, bəziləri isə 1 milyon iraqlının müharibədə qurban getdiyini təxmin edir. 

Rəsmi rəqəmlərə əsasən 10 illik işğal dövründə amerikalılar 4475 (bəzi rəqəmlərə görə, 4487 – K.R.) nəfər itirib, 32 min nəfər isə yaralanıb. Müttəfiq ölkələrdən ölənlərin sayı isə 318 nəfər olub. Amerikalılar İraqda ən böyük itkini işğal zamanı, yəni 2003-cü ildə deyil, 2004-2007-ci illərdə partizan müharibələri zamanı veriblər. Ən böyük itkiləri isə kənardan idarə olunan partlayıcılar törədib. Məhz İraq işğalı zamanı kənardan idarə olunan bombala, minalanmış avtmobillərlə terror əyləmləri dəhşətli şəkildə geniş yayıldı, demək olar ki, hər gün ölkənin fərqli bölgəsində işğal qüvvlərinə, eləcə də dinc əhaliyə qarşı terror həyata keçirildi. Məsələn, ABŞ-ın İraqdakı itkilərinin 55-65 faizi məhz kənardan idarə olunan bombaların partlaması nəticəsində qeydə alınıb.

Ä°lgili resim

Səddam Hüseyun özü isə Bağdad ələ keçirildikdən sonra yoxa çıxdı. İraq diktatoru 2003-cü ilin 13 dekabrında ana vətəni Tikrit yaxınlığında bir gizli sığınacaqda ələ keçdi. Amerikalılar Səddam Hüseyni uzun müddət istintaq altında saxladıqdan sonra İraq məhkəməsi qarşısına çıxardılar. Diktator çoxsaylı qətliam və cinayətlərdə ittiham olunurdu. Onlardan ən məşhurları 148 nəfərin öldüyü şiə qəsəbəsi Duceyldə törədilən qətliam və 5 min iraqlı kürdün kimyəvi bombalaral öldürüldüyü Hələpçə qətliamı idi. ancaq buna baxmayaraq Səddam Hüseyni çoxsaylı vəkillər ordusu, o cümlədən öz qızı Raqard və Müəmmar Qəzzafinin vəkil qızı Aişə Qəzzafi müdafiə edirdi. 2006-cl ilin 5 noyabrında İraq məhkəməsi Səddam Hüseyn barəsində edam hökmü çıxarıb. Qərar 2006-cı il dekabrın 30-da Bağdada yerləşən hərbi bazalardan birində icra olunub, Səddam Hüseyn asılaraq öldürülüb.

Ä°lgili resim

Səddam Hüseynin devrilməsi ilə İraqda vətəndaş müharibəsi, amansız terrorun yayılması, sabitliyin yoxa çıxması zamanla onun barəsində müsbət arqument kimi istifadə olunub. ancaq Orta Şərqin bütün avtoritar diktatorları Səddamla oxşar idi. Onların ölkələrində sabitlik, rifah vardı. Amma bir gün kiçik bir təkan, müharibə və ya üsyan böyük, illərlə davam edən kataklizmlərə səbəb oldu. Bu mənada ölkələrində bütün hakimiyyəti öz əlində cəmləyən, siyasi müxaliflərini məhv edən diktatorlar bir gün özləri bu aqibəti yaşamağa məhkumdur. Lakin o da faktdır ki, bu diktatorların hər birisi zamanla öz yerini o qədər möhkəmlədir ki, onların getməsi ölkələri və region üçün fəlakətə çevrilir. (Musavat.com)

VIPedu.BIZ

Həmçinin oxuyun

Paşinyan “Tvitter”də Qarabağdan yazdı: “Münaqişənin həlli…”

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Ermənistan üçün başlıca prioritet olaraq qalır” Azvision.az erməni …