Ana səhifə / Siyasət / Səbail bələdiyyə sədri Firdovsi Cəbrayılov İcra başçısı Eldar Əzizova qarşı çıxır?

Səbail bələdiyyə sədri Firdovsi Cəbrayılov İcra başçısı Eldar Əzizova qarşı çıxır?

Firdovsi Cəbrayılov başçı olmaq niyyətindədir…

Bələdiyyələrin fəaliyyətsizliyi dəfələrlə millət vəkilləri və ictimaiyyət nümayəndələri tərəfindən tənqid edilib. Bu vaxta qədər işində müxtəlif nöqsanlara yol vermiş bəzi bələdiyyə sədrlərinin barəsində həbs-qətimkan tədbiri seçilib. Bu tip tədbirlərə baxmayaraq, bələdiyyələrdə rəhbər postları tutan şəxslərin əksəriyyəti qanunsuz əməllərini davam etdirirlər.
Xatırladaq ki, Səbail bələdiyyəsinin keçmiş sədri bir neçə il əvvəl rüşvət üstündə həbs edilib. Onun gedişindən sonra çoxları Səbail bələdiyyəsinin fəaliyyətində dönüş olacağını gözləsələr də, yanılıblar. Bələdiyyənin hazırkı sədri Firdovsi Cəbrayılov əvvəlki sədrlərin ölənlərinə rəhmət oxutdurur.
Belə ki, başçı təyin olunan gündən rayon bələdiyyə sədri ilə ciddi kobfliktləri olan Eldar Əzizovun istəyi bəllidir. Etibarlı mənbələrin radikalnews.info-ya verdiyi məlumatda deyilir ki, Eldar Əzizov yaxın adamını bələdiyyə sədrinin yanında yerləşdirərək bütün işlərə nəzarət etmək istəyir. Necə deyərlər, Firdovsi Cəbrayılovdan ehtiyyat edib, öz yaxınını Cəbrayılovun ətrafına yığacaq. E.Əzizovun bu addımı bələdiyyə sədri Firdovsi Cəbrayılovu bərk narahat etməkdədir. Məlumata görə, Cəbrayılov bunu həzm etmək istəmir. Radikalnews.info-ya daxil olan məlumata görə, bələdiyyənin gördüyü qanunsuzluqlara durmadan müdaxilə edən Əzizov,sonunda sədrdən rayon ərazisindəki torpaqların satışına özü baxır. Mənbə bildirir ki, hazırda rayonun 20-ci sahə adlanan hissəsində torpaqlar olduqca baha qiymətə satışa çıxarılıb. Firdovsi Cəbrayılovun əlindən alınan necə deyərlər, ən gəlirli “sahə” kimi bilinən torpaq satışına Eldar Əzizovun yiyələnməsi Cəbrayılovu daha da qəzəbləndirib.
Beləliklə, başçı ilə bələdiyyə sədri arasında gərginlik müşahidə olunmaqdadır.Ancaq bələdiyyə sədrinin fəaliyyətsizliyindən əhali şikayətçidir. radikalnews.info-nun məlumatına görə, sədrin imza atdığı qanunsuz işlər bələdiyyənin fəaliyyətinin bərbad hala düşməsi ilə nəticələnib: “Səbail bələdiyyəsi səlahiyyətindəki işləri yerinə yetirməkdə acizdir. Minlərlə sakinə xidmət etməli olan qurum öz fəaliyyətsizliyi ilə daha çox diqqəti cəlb edir. Paytaxtın mərkəzi rayonlarından hesab edilən Səbaildə bələdiyyənin üzərinə düşən işləri layiqincə yerinə yetirə bilməməsi problemsiz ötüşmür. Bələdiyyənin büdcəsi daim boş qalır. Halbuki, il ərzində vergilər hesabına yerli özünüidarə orqanının büdcəsinə külli miqdarda vəsait toplanır. Digər tərəfdən hər il müəyyən məbləğdə dotasiya ayrılır. Sədr həmin vəsaitlərin abadlıq işlərinə xərcləndiyini deyir, amma bələdiyyənin büdcəsinə toplanan vəsaitlərin müəyyən hissəsi təyinatı üzrə istifadə edilmir. Firdovsi müəllim özündən əvvəlki sədrlərin səhvlərini təkrarlamaqla məşğuldur”.
Araşdırmamız davam edir.
Qarşı tərəfin də mövqeyin dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın