Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Siyasət / “Ruslar hələ heç bir dövlətin arxasında sonadək dayanmayıblar”

“Ruslar hələ heç bir dövlətin arxasında sonadək dayanmayıblar”

Rusiyanın Ermənistandakı 102-ci bazasının keçmiş rəhbəri Andrey Ruzinskinin Qarabağ müharibəsində iştirakı ilə bağlı yazdğı xatirələri ermənilərin iç üzünü ortaya qoyub. Sözügedən xatirələrdə bununla bağlı bir sıra maraqlı məqamlar əksini tapıb.

O qeyd edib ki, onların hissələri Qarabağda ermənilərin tərəfində döyüşüb: “Bu əclaflar isə bizim kürəyimiz arxasında gizlənirdilər. Azərbaycanlılar uzaqda görünən kimi dərhal silahı atıb, geriyə qaçırdılar. Nəyisə tutan kimi qaçıb, qışqırırdılar ki, erməni torpağını “dəmir aşotların” hesabına azad etmişik. Xidmət bitdi, doğma Stavropola qayıtdım. Biz orada onların yerinə vuruşduğumuz zaman onların burada sahiblik edib, Ermənistanın böyüklüyü haqqında bağırdıqlarını gördüm. Onlar qorxaqdırlar. 1994-cü ildə Rusiya olmasaydı, Qarabağ erməninin olmayacaqdı. Rusiya olmasaydı, ümumiyyətlə, Ermənistan olmayacaqdı”.

Bu bir daha sübüt edir ki, o vaxt torpaqlarımız Rusiyanın köməyilə işğal olunub və ermənilərin hərbi baxımdan hansısa “qəhrəmanlığından” söhbət gedə bilməz. Eyni zamanda, bütün bunlar ermənilərin qorxaq və məkrli bir millət olduqlarını ortaya qoyur.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr əvəzi Arzuxan Əlizadənin sözlərinə görə, Ermənistanın Cənubi Qafqazda Rusiyanın forpostu olması danılmaz faktdır və bu siyasətin kökü çox əvvəllərə gedir: “Unutmamalıyıq ki, bugünkü Rusiyanın ermənilərlə bağlı yürütdüyü siyasət Rusiya imperiyasının neçə əsr əvvəl apardığı siyasətin davamıdır. Bu coğrafiyada qondarma Ermənistan dövlətinin yaradılması da, ermənilərin Türkiyə, Suriya və İran ərazilərindən kütləvi olaraq bu areala, eləcə də Dağlıq Qarabağ ərazisinə köçürülməsi də, sovetlər dönəmində, xüsusilə də 40-cı illərin sonlarında və nəhayət, 1988-ci ildə yekun olaraq bu qondarma dövlətin ərazisində öz tarixi torpaqlarında yaşayan Azərbaycan türklərinin və digər millətlərin nümayəndələrinin Azərbaycana və Qazaxıstana köçürülməsi də həmin siyasətə xidmət edib. İndi də Rusiya Ermənistanda özünün hərbi bazasını saxlamaqla, bu səfil millətin xəstə təxəyyülündən istifadə edərək bu qondarma dövləti qoruyur. Məqsəd isə aydındır. Bu coğrafiyada mövcud olan Türkiyə, Azərbaycan və İran dövlətinə qarşı bufer zonası formalaşdırmaq və vaxtaşırı olaraq bu dövlətlərə qarşı erməni kartından istifadə etmək”.

A.Əlizadənin fikrincə, təəssüf ki, Rusiyanın yürütdüyü bu siyasət Qərb dövlətlərinin də xristian maraqları ilə uzlaşır: “O səbəbdəndir ki, xarakterləri etibarilə qorxaq və fürsətcil olan ermənilər böyük dövlətlərin əlində oyuncağa çevrildiklərinə rəğmən, öz xəstə təxəyyüllərinin məhsulu olan “Böyük Ermənistan” xülyası ilə yaşayırlar. Rusiyanın Ermənistanda yerləşən 102-ci diviziyasının sabiq komandanının yazdığı xatirələrə gəldikdə isə, deyə bilərəm ki, ermənilərin qorxaqlığı, xəyanətkarlığı və digər məsələlərlə bağlı yazılanlar tam həqiqəti əks etdirir. 90-cı illərin əvvəllərində Dağlıq Qarabağın işğal olunmasında da rus birləşmələrinin xüsusi xidmətləri danılmazdır. Bunu sübut etmək üçün təkcə elə Xocalıda rusların 366-cı alayının iştirakını xatırlamaq kifayət edir. Onu da deyim ki, ermənilərin bugünkü dövlətlərinə, hətta millət olaraq mövcudluqlarına görə həmişəlik Rusiyaya borclu olmaları barədə fikirlər bir sıra rus siyasilərinin dilindən də dəfələrlə səsləndirilib. Amma hər şeyin bir istifadə müddəti var. Bu zavallı millət də başa düşməlidir ki, ruslar hələ heç bir dövlətin arxasında sonadək dayanmayıblar. O baxımdan ermənilərin də istifadə müddəti bitən kimi, ruslar əllərini bunların da arxasından götürəcəklər. O zaman artıq heç bir dövlət bu nankor və xain milləti xilas etmək gücündə olmayacaq”.

Bir daha bəlli olur ki, ermənilərdən, hər zaman olduğu kimi, bir maşa kimi istifadə edilir.

Həmçinin oxuyun

Abbas Əraqçi: “İran Azərbaycan ərazilərinin işğal olunmasına müxalif olub”

“Cənab Prezident, mənə vaxt ayırdığınıza görə çox təşəkkür edirəm. Hər şeydən əvvəl bu gün Bərdə …