Cümə , Fevral 3 2023
Ana səhifə / Siyasət / “Rusiyaya yönəlik tənqidlər o demək deyil ki, sülhməramlılar bizə işləyir” – Təbriz Musayev

“Rusiyaya yönəlik tənqidlər o demək deyil ki, sülhməramlılar bizə işləyir” – Təbriz Musayev

Ermənistan hökumətinin iclasında baş nazir Nikol Paşinyan rus sülhməramlılarını Laçın yolunda öz funksiyalarını yerinə yetirməməkdə ittiham edib:

“9 noyabr bəyanatında təsbit edilən öhdəlik, yəni Laçın dəhlizinin nəzarətdə saxlanılması Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən yerinə yetirilmir. Bu, Azərbaycanın qanunsuz hərəkətləri nəticəsində baş verir, lakin bu, vəziyyəti dəyişmir, çünki Rusiya Federasiyasının sülhməramlı qoşunlarının əsas məqsədi bu cür qanunsuzluğun qarşısını almaq, əsasən də Laçın dəhlizini nəzarətdə saxlamaqdır. De-fakto belə çıxır ki, Rusiya sülhməramlı kontingenti üçtərəfli bəyanatda təsbit olunmuş öhdəliyi, yəni Laçın dəhlizini nəzarətdə saxlamaq öhdəliyini yerinə yetirmir”.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Paşinyana cavabında deyib ki, sülhməramlılar öz missiyasını icra edir: “Mən bunun əksini deyə bilərəm. Rusiya sülhməramlıları öz missiyasını icra edir. Vəziyyətin sabitləşməsi üçün bütün tədbirlər görülür, iş aparılır. Əgər bu məlum deyilsə, mən xatırlada bilərəm. Əgər bunu kim bilmirsə, ancaq siyasi bəyanatlara istiqamətlənirsə, xatırlatmaq istəyirəm ki, buna qədər də gərginlik olub, dəfələrlə problemlər olub, tərəflər bir-birini ittiham ediblər. Məhz Rusiya sülhməramlıları vəziyyətin sabitləşməsi üçün hər şeyi ediblər və bu onlarda alınıb. Ona görə də, sülhməramlılarımıza qarşı bu cür münasibət qəbuledilməzdir”.

Görünən odur ki, Laçın yolu ilə bağlı Ermənistan-Rusiya qarşıdurması açıq müstəviyə keçir.

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, iki ölkə arasında bununla bağlı qarşıdurmanın artması ehtimalı böyükdür: “Zatən tərəflər arasında neçə vaxtdır etimadsızlıq hökm sürür. Xüsusən də parlamentin spikeri Alen Simonyanın timsalında Rusiyaya yönəlik ard-arda ittihamlar səslənir. Bundan əvvəl Paşinyan özü bir neçə dəfə Rusiyanı kəskin tənqid edib. Ermənistanın Rusiyaya yönəlik tənqidləri o demək deyil ki, sülhməramlılar Azərbaycanın maraqlarına işləyir. Qətiyyən bu belə deyil. Sülhməramlıların məlum fəaliyyəti Rusiyanın illərdir həyata keçirdiyi “parçala, hökmranlıq et” siyasətinin tərkib hissəsidir. Rusiya bu minvalla regionda qalmağa və hər iki tərəfi təzyiq altında saxlamağa çalışır. 2020-ci ilin 44 günlük müharibəsinin sonunda imzalanmış 10 noyabr bəyanatından sonra Rusiya sülhməramlı kontingentinin bölgəyə yerləşdirilməsi Rusiyanın münaqişənin tənzimlənməsi istiqamətində vasitəçilik fəaliyyətlərində nə qədər səmimi olduğunu göstərməsi, 30 il ərzində səsləndirilən bəyanat və çağırışlarda nəyi hədəflədiyini sübut etməsi baxımından unikal imkan idi. Təbii ki, Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarından başlıca gözlənti 10 noyabr bəyanatının müddəalarının həyata keçirilməsinə dəstək vermələriydi. Təəssüf ki, əvvəllər olduğu kimi, Rusiya və onun ordusu Azərbaycan xalqını bu dəfə də yanıltmadı. Məramı sülh sayılan Rusiya hərbçiləri daha çox Qarabağda sülhü əngəlləyən addımlara yol verməklə diqqət çəkirlər. Əsas məqam odur ki, üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən, sülhməramlı kontingent Azərbaycanın Qarabağ bölgəsinə yerləşdiriləndə paralel olaraq qanunsuz erməni silahlı qüvvələrinin çıxarılması təmin edilməli idi. Lakin iki il keçməsinə baxmayaraq, ortada hələ də konkret nəticə yoxdur. Buna rəğmən, Ermənistan Rusiyadan daha çox şey istəyir. Ermənistan istəyir ki, həm silahlı qüvvələri Qarabağda qalsın, həm də oranın təbii sərvətlərini qanunsuz şəkildə maneəsiz olaraq Laçın yolu ilə talasın və Rusiya sülhməramlıları da bunu təmin etsinlər. Buna isə biz imkan vermərik”. (Bakı-Xəbər)

Həmçinin oxuyun

“Şeyx İranın Azərbaycan dövlətinə qarşı atılan xəyanətkar addımına…” – Deputat

“Şeyxin bir zamanlar münasibətlərin normallaşması üçün dediyi fikirləri konteksdən çıxarmağa gərək yoxdur. Çünki münasibətlər artıq …