Cümə axşamı , İyun 17 2021
Ana səhifə / Siyasət / “Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndiririk” – İlham Əliyev

“Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndiririk” – İlham Əliyev

“Biz 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların əldə edilməsində və həyata keçirilməsində Rusiya Federasiyasının vasitəçilik səylərini yüksək qiymətləndiririk”.

Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə ünvanladığı təbrik məktubunda yer alıb.

“İnanıram ki, Azərbaycan-Rusiya strateji tərəfdaşlığı və çoxplanlı qarşılıqlı fəaliyyəti bundan sonra da səmərəli inkişaf edəcək və dərinləşəcək, xalqlarımızın və ölkələrimizin rifahı, regionda sabitliyin, əməkdaşlığın və tərəqqinin təmin edilməsi naminə yeni məzmun kəsb edəcək”, – məktubda qeyd olunub.

Həmçinin oxuyun

“Bu insanın sivil dünya ilə heç bir əlaqəsi yoxdur”

“Prezident Baydenlə Putinin heç bir əhəmiyyət kəsb etməyən görüşü başa çatdı”. Bunu Azərbaycan parlamentinin eks …