Çərşənbə , Mart 29 2023
Ana səhifə / Siyasət / Rusiyanın Türkiyədəki səfiri: “Sanksiyalardan qorxub geri çəkilməyəcəyik“

Rusiyanın Türkiyədəki səfiri: “Sanksiyalardan qorxub geri çəkilməyəcəyik“

Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov 1917-ci il inqilabı kimi təcrübəyə malik olduqları üçün sanksiyalardan təsirlənməyəcəklərini bildirib və “Sanksiyaların bizim üçün faydalı olacaq” – deyə iddia edib.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yerxov bildirib ki, türk iş adamları bu təxribatlara uymamalıdır.

Türk qəzetinə danışan Rusiyanın Türkiyədəki səfiri sanksiyaların Rusiyanı geri addım atmağa vadar edə bilməyəcəyini ifadə edərək, “İkinci Dünya Müharibəsindən sonra daha pis şeylər yaşadıq və bunun da öhdəsindən gələcəyik” deyə bildirib.

Səfir sözlərinə belə davam edib:

“Bu, İkinci Dünya Müharibəsindən sonra ölkənin üçdə birinin xarabalığa çevrildiyi, fabriklərdə və tarlalarda işləyən milyonlarla əldən məhrum olduğumuz zamanlardan daha pis deyil. Sanksiyalar əksinə, bizə yararlı olacaq. Türk iş adamlarına səslənirəm, təxribatlara uymayın. Biznesinizi siyasi konyuktura və emosiyaların təsirindən qorumaq üçün səy göstərin, bunlar tezliklə keçib gedəcək, amma sıfırdan bir şey qurmaq çox pul və səy tələb edəcək”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Bu o deməkdir ki, formal parlament hakimiyyətindən bu gedişlə əsər-əlamət qalmayacaq”

Məlumata görə, Nikol Paşinyanın müxtəlif vaxtlarda tirajladığı konstitusiya dəyişiklikləri paketi ilə bağlı yeni proseslər gedir. …