Bazar , Sentyabr 19 2021
Ana səhifə / Siyasət / “Rusiyanın sülhməramlı kontingenti torpaqlarımızı daha tez tərk etməlidirlər” – DEPUTAT

“Rusiyanın sülhməramlı kontingenti torpaqlarımızı daha tez tərk etməlidirlər” – DEPUTAT

“Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının sayının razılaşmada nəzərdə tutulduğundan çox sayda olması barədə müxtəlif fikirlər səsləndirilir. Belə fikirlərin yayılmasının səbəblərindən biri də Rusiya qoşunlarının həmin ərazilərdə kiçik də olsa infrastruktur yaratmasıdır. Lakin bu məsələnin ciddi nəzarətdə saxlanıldığını düşünürəm”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputatın sözlərinə görə, nəzərə almaq lazımdır ki, monitorinq mərkəzində Türkiyə qüvvələri də var: “Yəni hər hansı yerdəyişmə dərhal qeydə alınır və Azərbaycan tərəfi bundan xəbər tutur. İkincisi, təəssüf edirəm ki, Rusiya sülhməramlılarının yeni komandanı Ermənistana səfər edir, baş nazirlə görüşür və s. Bu, yolverilməzdir və Rusiyanın niyyətini açıq-aşkar ortaya qoyur. Doğrudan da Rusiya Azərbaycanın suverenliyini qəbul edirsə, sülhməramlılara təyin edilən yeni komandan bizim ərazilərə yerləşdirildiyinə görə, elə Azərbaycan rəhbərliyinin qəbulunda olmali idi”.

T.Kərimli Rusiyanın sülhməramlı kontingentinin sabiq komandanı Rüstəm Muradovun müzakirələrə səbəb olan açıqlamasına da münasibət bildirib: “Rusiya sülhməramlılarının bizim ərazilərdə hansı müddətə qalması hər iki tərəfin razılığı əsasında müəyyən ediləcək. Necə ola bilər ki, müqavilədə sülhməramlıların 5 il qalması nəzərdə tutulsun, amma onlar daha çox qalsınlar?! Bu, mümkün deyil. Üçtərəfli razılaşmanı pozmaq olmaz. Bununla yanaşı mən əksini ümid edirəm. Doğrudan da, Azərbaycanda müvəqqəti yerləşdirilən Rusiyanın kontingenti özünü belə aparanda, torpaqlarımızı daha tez müddətə tərk etməlidirlər. Yeri gəlmişkən, Azərbaycan tərəfi hələ də sülhməramlıların statusu ilə bağlı dəqiq razılığa gəlməyib. Bu məsələ ciddi danışıqlar mərhələsindədir”.

Həmçinin oxuyun

“Öz ata evini belə dağılmış halda görmək çox çətin bir sınaq idi”

“Bu evdə hər şey dağıdılmış, sındırılmış, pəncərələr, qapılar, bütün eksponatlar oğurlanmışdı”. Bunu Üzeyir Hacıbəyli – …