Cümə , Dekabr 4 2020
Ana səhifə / Siyasət / Rusiyanın keçmiş səfiri: “Azərbaycana gələrkən qorxu hissi keçirirdim”

Rusiyanın keçmiş səfiri: “Azərbaycana gələrkən qorxu hissi keçirirdim”

“Kreml stabil Azərbaycanda maraqlıdır”.

Bunu interfax.az-a Rusiyanın Bakıdakı diplomatik missiaysı başa çatan səfiri Vladimir Doroxin deyib.

“Kremli tərk edən və hakimiyyəti Vladimir Putinə ötürən Yeltsin (Boris, Rusiyanın sabiq prezidenti – red.) belə ifadə işlətdi: “Rusiyanı qoruyun!”. Bunu misal çəkərək, demək istəyirəm: Azərbaycanı qoruyun! Çünki biz Rusiyada səmimi olaraq Azərbaycanda hər şeyin yaxşı olmasında, cənub qonşumuzun sakit, stabil dövlətdə yaşamasında maraqlıyıq. Bu bizim həqiqi marağımızdır. Biz bu barədə danışarkən heç zaman yalan demirik”, – deyə V.Doroxin bu gün Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzində 2017-ci ilin yekunlarına həsr olunan illik Yeparxiya toplantısındakı çıxışında qeyd edib.

Diplomat bildirib ki, Azərbaycana təyinat zamanı Kremlin onun üzərinə qoyduğu məsuliyyətli missiyaya görə bir qədər qorxu hissi keçirib. “Etiraf edim, Azərbaycanda fəaliyyətimə həyəcan, bir qədər qorxu ilə yanaşdım. Bunun ölkəmiz üçün necə məsuliyyətli və vacib missiya olduğunu anlayırdım”, – deyə V.Doroxin vurğulayıb.

Səfir bəyan edib ki, insan haqlarının, dini sahə də daxil olmaqla, müdafiəsi ilə məşğul olan diplomat həmkarları bu mənada Azərbaycanı vadi hesab edirlər. “Dünyada çox sayda həmkarlarım insan haqlarının, onların kilsəyə getmək hüquqlarının müdafiəsi ilə məşğul olurlar. Pravoslav və xristianlar ətrafında nə qədər qəsdlərin, pis hadisələrin baş verdiyini məndən də yaxşı bilirsiniz. Mən Azərbaycanda bu vadini gördüm, vəziyyətlə tanış oldum. Bu şərait nəinki bir səfir kimi həyatımı çətinləşdirmədi, əksinə, onu asanlaşdırdı, bu, böyük iş idi”, – V.Doroxin qeyd edib.

O həmçinin vurğulayıb ki, Azərbaycan hökuməti dini icmalar barəsində düzgün mövqe tutub. “Rus Pravoslav Kilsəsinin müsəlman Azərbaycanında tutduğu mövqe barədə çox yazmışam və qeyd etmişəm. Bu çox şeyə dəyər. Bunun nə üçün baş verdiyini bilirəm və mənə məlumdur ki, əsas səbəb Azərbaycan hökumətinin tutduğu düzgün mövqedir”, – səfir bəyan edib.

Qeyd edək ki, 27 noyabr 2017-ci il tarixində prezident Vladimir Putin Vladimir Doroxini Rusiyanın Azərbaycandakı səfiri vəzifəsindən azad edib.

Virtualaz.org xatırladır ki, Rusiya və Azərbaycan hələ yeni səfirlə bağlı qarşılıqlı anlaşmaya nail ola bilməyiblər. Belə ki, əvvəllər də yazdığımız kimi, Rusiyanın Xarici İşlər Nazirliyi Georgi Zuyevin yeni səfir kimi təyinatına Azərbaycandan aqreman almayıb…

Həmçinin oxuyun

“Ümid edirik ki, vaksin tezliklə hazır olacaq” – Prezident

COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini …