Cümə axşamı , Mart 21 2019
Ana səhifə / Siyasət / Rusiyalı siyasətçidən təxribatçı açıqlama: “Qarabağ itirilsə…”

Rusiyalı siyasətçidən təxribatçı açıqlama: “Qarabağ itirilsə…”

Yanvarın 12-də Rusiya hərbi bazalarının Ermənistandan çıxması tələbi ilə aksiya keçiriləcək. Bu arada müstəqil Dövlətlər Birliyi İnstitutunun direktor müavini  Vladimir Yevseyev Rusiya bazalarının Ermənistanın milli təhlükəsizliyini Azərbaycandan və Türkiyədən qoruduğunu bəyan edib. 

“Dağlıq Qarabağ ərazisində geniş miqyaslı döyüş əməliyyatlarının başlayacağı təqdirdə, münaqişə Ermənistan ərazisinə keçə bilər.  Bunu Azərbaycan tərəfinin bəyanatları da sübut edir. O cümlədən, Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat keçirəcəyi də istisna deyil. İndi sual yaranır: Rusiya hərbi bazaları Ermənistanda nə edir? O, ilk növbədə, türk iddialarının qarşısını alan amildir. Baza Ermənistanı Türkiyədən qoruyur”-Yevseyev belə deyib. 

Onun sözlərinə görə, Rusiya ilə mövcud hərbi münasibətlərin zəifləməsi Ermənistana ciddi təhlükə yarada bilər. “Bu halda heç bir Qərb Ermənistanı müdafiə etməyəcək”-deyən V.Yevseyev Rusiya hərbi bazalarının bu ölkədə qalmasının vacibliyini əsaslandırmağa çalışıb. 

MDB İnstitutunun direktor müavini  qeyd edib k, Ermənistan  Qarabağı itirsə, bu yalnız Ermənistanda yaşayan ermənilərin deyil, həm də diaspora üçün fəlakət olacaq. “Söhbət Rusiyanın Cənubi Qafqazda hegemonluğa can atmasından getmir. Əgər Rusiya Federasiyası ilə münasibətlər pisləşsə, mən bilmirəm Ermənistan özünün milli təhlükəsizliyini necə təmin edəcək. Nə NATO, nə ABŞ, nə Böyük Britaniya bunu etməyəcək.  Ermənistan çoxsaylı düşmənlərin əhatəsində tənha qalacaq.  Bu zaman əhali axını yaranacaq”. 

Vladimir Yevseyevin açıqlamasını şərh edən politoloq Qabil Hüseynli Rusiyalı siyasətçinin fikirlərini təxribat adlandırıb: “Bu, neoimperializm maxinasiyasıdır. Yevsey kimilər oturub xalqının sosial rufah halı haqqında düşünsə daha yaxşı olar. Nə üçün sizin gözünüz başqa ölkələrin ərazisində, başqa xalqların torpaqlarındadır? Azərbaycan torpağı işğal edilmiş bir ölkədir. Azərbaycan xalqı öz torpaqlarını azad etmək istəyir. Ermənistan ərazisi Azərbaycanın tarixi torpaqları olmasına baxmayaraq, xalqımızın o ərazilərdə gözü yoxdur. Mən tövsiyə edərdim ki, Yevseyev münasibətləri qızışdırmaqla məşğul olmasın.  Bu cür təxribatçı bəyanatlara ehtiyac yoxdur. Belə fikirlər iki xalq arasındakı düşmənçiliyi daha da dərinləşdirməyə xidmət edir.  Ona görə də bunlar avantüradan başqa bir şey deyil”.

Qabil Hüseynlinin sözlərinə görə, ermənilər  Rusiya hərbi bazalarının Ermənistanın milli təhlükəsizliyi üçün problem yaratdığını anlamağa  başlayıb. Ona görə də Rusiyadan hərbi bazalarını çıxartmağı tələb edir: “Ermənilər istəyir ki, neoimperialist siyasət yürüdən dövlətin hərbi bazaları onların ərazisində yerləşməsin. Çünki iki siyasi qütblər arasında münasibətlər gərginləşəndə Ermənistan özü hədəfə çevriləcək. Çünki həmin ərazidən başqa qütbə atəş açılacaq. Orada yalnız motoatıcı diviziyanın, yaxud  qırırcı təyyarələrin yerləşdiyini demək çətindir. Bəlkə Rusiyanın  Ermənistanda nüvə silahı da var? Bunu heç kim inkar edə bilməz. Görünür, Ermənstan bu barədə daha ətraflı məlumata malikdir. Ona görə də bu bazaların çıxarılmasını tələb edirlər”. Cebhe.info

Həmçinin oxuyun

Elmar Məmmədyarov şərt qoydu

“Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək” Bunu …