Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Siyasət / Rusiyalı politoloqdan Türkiyəyə terror xəbərdarlığı

Rusiyalı politoloqdan Türkiyəyə terror xəbərdarlığı

Rusiyalı siyasi analitik və yazar Nikolay Starikov Türkiyəyə terror xəbərdarlığı ünvanlayıb.
Rusiyanın NTV kanalının “Mesto Vstreçi” (Görüş Yeri) adlı canlı proqramda danışan rus politoloq bildirib ki, Vladimir Putinin prezident seçildikdən sonra ilk səfərini Türkiyəyə etməsi Qərbin xoşuna gəlməyə bilər. Buna görə də yaxın zamanlarda Türkiyədə terror hadisələrinin olacağı istisna edilmir.

“Qərb bizimlə danışmaq istəmir. Qapılarını bağlayıb. Fəqət Türkiyə qapılarını açıb və biz də ora gedirik. Ancaq demək lazımdır ki, Qərb bundan sonra Türkiyə üzərində təzyiqlərini artıracaq. Bu səbəbdən də yaxın zamanlarda mən Türkiyədə terror hadisələrinin olacağını düşünürəm”, – deyə politoloq bildirib. (Sputnik)

Həmçinin oxuyun

“Moskva ona sadiq qalan Bakıya xəyanət etdi” – Şevçenko

Rusiya Sovet İttifaqına bütün ölkələrdən ən çox sadiq olan Azərbaycana 90-cı illərdə xəyanət etdi. Bunu …